viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Ədəbiyyat niyə xilas yeridir? Adalet.az | Ədəbiyyat niyə xilas yeridir? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Ədəbiyyat niyə xilas yeridir?

15269    |   2018-06-22 12:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ədəbiyyata minlərlə tərif verilib. Hərə bir cür yozum verib ədəbiyyata. Və hər dəfə ədəbiyyat haqda düşüncələrimiz bir az da dəyişir. Bu oxuduqlarımızdan, içimizdəki nəğməni dinləməkdən yaranır. Anlayırıq ki, ədəbiyyat bizi xilas edən yeganə sahədir. Ədəbiyyat həqiqətən də insanın içini təmizləyir.

İnsanı anlama, aydınlandırma sənəti. Ədəbiyyata bu cür də tərif verə bilərik. Təbii ki, bu da ədəbiyyatı tam ifadə edə bilməyəcək.

Yazıçılar əllərində məşəl qaranlıq bir tüneldə insanı axtarır. Ədəbiyyat bir mənada axtarış deyilmi?

Doğumdan, ölümdən və bu iki hadisə arasındakı zamandan bəhs edən əsərləri oxumuşuq. Ədəbiyyat ölümlə həyatın mübarizəsi deyilmi? Həyatı olduğu kimi qəbul etməməkdi. Ölümün nə olduğunu araşdırmaqdı.

Doğum və ölüm arasındakı zaman müddətində sevgilər, ayrılıqlar, yalnızlıqlar, coşqular, sevinclər, haqsızlıqlar, zülmlər və daha digər duyğular yer alır. 

Ədəbiyyat bunları dərd edir, eynən insanın da dərd çəkdiyi kimi...

Ədəbiyyat insanın dərd etdiyi nə varsa onu özlüyündə ələkdən keçirir, onlara yeni formalar verə bilir.

İnsan ədəbiyyatın içində hərtərəfli araşdırılır.

Onun iç dünyası, psixologiyası, hisləri, fikirləri...

Hər bir yazıçı, əvvəl-axır, insan psixologiyasından bəslənərək mətnini qurur. Ədəbiyyat psixologiyadan, psixologiya da ədəbiyyatdan bəslənir. 

Dino Busattinin "Tatar Çölü” romanı yadıma düşür. Yazıçı müharibə dövrünü, o əsri necə dərin psixologiyayla sənətə çevirib. Əsərin baş qəhrəmanı Droqo ölkəsinin sərhədindəki qalalardan birinə göndərilir. Bastiani qalasında sıxıntılı günlər keçirən, əvvəlcə heç bir gün də qalmaq istəməyən leytenant Covanni Droqo burada ancaq dörd ay qala biləcəyinə qərar verir. Amma yaşadığı o dörd ayın hadisələri, hərbçi qüruru və Tatar çölünün vəhşi cazibəsi ayları illərə çevirir. İnsan ləyaqəti, iradəsi əsərdə ən xırda detallarına qədər naxış kimi hörülüb.

Ədəbiyyat da belə olmalıdır. İnsanı dərindən düşündürməli, axtarışda olduğu yeri, məkanı, özünü tapmağa kömək etməlidir. Ədəbiyyat bəzən bir qurtumluq şərab kimi də gəlir mənə. Bir şeir oxuyuram və içmədən bihuş oluram. Şeir öz sehrli misraları ilə insanı bir anlıq indiki zamandan uzaqlaşdırır. Bir şeir deyim, siz bu şeiri oxuyandan sonra gözlərinizi qapayın və hiss edin:

İlahi, gəlirəm, eşit səsimi,

Kimsəyə ümid yox, sən ovut məni...

Bu nəhəng boşluğa atdım özümü,

Sənə arxayınam, özün tut məni!

Kimin şeiridi? Yadınıza düşdü? Ramiz Rövşənin "Mən küsüb gedirəm...” adlı şedevridi. Bax əsl poeziya da bu misralarda gizlənib. Oxuduqca adamı ovsunlayır, qollarıyla yuxarı dartır səni. Aparır göyün yeddinci qatına...

Ədəbiyyat o qədər böyükdü ki, yazmaqla bitirmək olmur.

Ədəbiyyatla qalın!

Onunla bəslənin!

Ədəbiyyatı sevdiyiniz adamlar kimi qoruyun!




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK