adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Iyun 2018 12:13
9321
GÜNDƏM
A- A+

“Hər ay Əfv Komissiyasına siyahı təqdim edirik” - Ombudsman

"Azərbaycan yeganə ölkədir ki, burada qısa müddətdə 11 amnistiya aktı, 64 əfv sərəncamı imzalanıb"

Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

Ombudsman bildirib ki, sonuncu əfv sərəncamı əsasında 634 nəfər əfv olunub. "Onların 72-sini ombudsman təqdim edib. Biz hər ayın son günündə mütləq şəkildə Əfv Komissiyasına müəyyən siyahı təqdim edirik. Ümumilikdə, ombudsman tərəfindən təqdim olunmuş adlardan 638-i əfv olunub. Bu isə böyük bir kütlədir".