ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Yazıçının arvadı ilə imzaladığı unikal razılaşma

8634    |   2018-06-21 16:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Amerikan yazıçı Kurt Vonnequt 16 aylıq evli olduğu hamilə arvadı ilə 1947-ci ildə bir razılaşma imzalayıb. Razılaşma, uşaq doğulana və arvadının əvvəlki gücünü bərpa edənə qədər Vonnequtun öhdəliklərindən ibarətdir.

Yazıçının "Kurt Vonnequt: Məktublar” adlı kitabında nəşr olunmuş sözügedən razılaşma:

"Mən – Kurt Vonnequt aşağıdakı öhdəlikləri yerinə yetirəcəyimə söz verirəm:

- Razılaşmaya görə, arvadım bundan sonra deyinməyəcək, sözümü kəsməyəcək, işləyəndə məni narahat etməyəcək, mən də bunun qarşılığında həftədə bir dəfə öz seçdiyim gün və saatda mətbəxin, hamamın döşəməsini silməyə söz verirəm.

Bundan başqa, işimi axıracan və nöqsansız edəcəyəm, vannanın altını, unitazın arxasını, soyuducunun altını, küncləri, yerindən qaldırıla bilən əşyaların altını yaxşıca siləcəyəm, işimə başdansovdu yanaşmayacağam. Təmizlik nə qədər çətin də olsa, söyüş söyməyəcəyəm. Əgər bunları yerinə yetirməsəm, arvadım deyinməkdə, sözümü kəsməkdə, təmizlik edilməyənə qədər məni narahat etməkdə sərbəstdir.

- Aşağıdakı bəzi xırda işləri də yerinə yetirəcəyəm:

- Geyinmədiyim paltar və ayaqqabılarımı şkafa qoyacağam.

- Evə ayaqqabı ilə girməyəcəyəm, zibil atmağa çıxanda ev başmaqlarımı geyinəcəyəm, ayağımı silib içəri girəcəyəm.

- İşlənmiş kağız, boş siqaret qutusu və digər şeyləri yerdə, divanın üstündə qoymayacaq, zibil qutusuna atacağam.

- Təraş olduqdan sonra təraş əşyalarımı yuyub, şkafa qoyacağam.

- Arvadım çirkli paltarları yığıb paltar səbətinə qoyandan sonra onları üç gündən gec olmayaraq yuyulmağa verəcəyəm; iki həftə ərzində də gedib götürəcəyəm.

- Siqaretin külünü külqabıya tökəcəyəm. Külqabını kitabların üstünə, kreslonun qoluna, dizim kimi qeyri-sabit, düşməyə meylli yerlərə qoymayacağam.

- Siqaretimin küllərini arvadımın çox sevdiyi və 1945-ci ilin Yeni ili üçün aldığı qırmızı dəridən hazırlanan zibil qutusuna atmayacağam. Beləcə həmin zibil qutusunun gözəlliyinə xələl gətirməyəcəyəm.

- Arvadım məndən bir şey istəsə və istəyi kişinin edə biləcəyi şey olsa (arvadım hamilə olanda), üç gün ərzində bunu yerinə yetirəcəyəm. Elə edəcəyəm ki, arvadım üç gün ərzində bu mövzuda hər hansı xəbərdarlıq, xatırlatma etməsin. Yerinə yetirməsəm, arvadım deyinməkdə, sözümü kəsməkdə və məni narahat etməkdə sərbəstdir.

- Yuxarıdakı maddədəki üç günlük vaxt limiti bu hallarda istisna ola bilər: zibilləri atmaqda – bunun üçün 3 gün gözləməmək daha yaxşıdır; 3 saat ərzində zibilləri atacağam. Əlbəttə, çalışacağam ki, arvadım görməmişdən əvvəl özüm zibilləri görüb tullayım.

- Əgər bu qaydaları mənasız olmağı, yaxud mənim azadlığımı məhdudlaşdırdığı qənaətinə gəlsəm, onları dəyişdirmək üçün mübahisələr apara, yeni təkliflər verə bilərəm.

- Bu razılaşma uşağımız olana və arvadım əvvəlki gücünü bərpa edənə qədər davam edəcək.




İmza:Oğuz Ayvaz
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK