ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Dəqiqədə 100 söz yaza bilirəm...

7720    |   2018-06-21 17:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yazıçılar qələm, kağız, yazı makinası məsələsinə hər zaman həssas yanaşıblar. Niyə də yanaşmasınlar? Axı bu qələmlər, yazı makinaları ilə dünya ədəbiyyatının ən vacib əsərlərini yaradıblar.


Vladimir Nabokov

Nabokov romanlarının qaralamalarını köçürəndə həmişə "Eberhard Faber Blackwing 602” qələmindın istifadə edir.


Ernest Heminquey

Heminquey yazı yazanda qələm, kağız və yazı makinasından istifadə edib. Yazıçı bu haqda deyib: "Yazı yazmağa başlayanda səndəki həvəs oxucuya ötürülməyə bilər. Belə vaxtlarda yazı makinası daha faydalıdır, çünki istifadəsi daha rahatdır və əyləncəlidir. Makina ilə yazanda səhvləri rahat görmək olur”.


Cek Keruak

Cek Keruakın sevimlisi cib boyda dəftərlər idi. Bu dəftərlərə ədəbiyyatla bağlı müxtəlif qeydlər edər, oynadığı xəyali idman müsabiqələrinin nəticələrini yazmaq üçün yararlanarmış.


Simona de Bovuar

Simona de Bovuar avtomat qələm istifadə edirmiş. Sevdiyi marka və modellərsə bunlardır: Sheaffer Snorkel Triumph, Sheaffer's Snorkel ve Esterbrook.


Mark Tven

Tvenin göz bəbəyi özünün hazırladığı dəri üzlü dəftərlər imiş. Qələm seçimi isə "Conklin Csescent Filler” olub. Bu qələmin əsas üstünlüyü masaya qoyulanda yuvarlanıb düşməməyi imiş. Ancaq Tvenin revmatizması olduğundan sonradan əsərlərini diktə edib.


Con Steinbek

Steinbek əsl qələm həvəskarıymış. Yazı yazanda yanına mütləq 24 qələm qoyan yazıçı məşhur "Blackwing” qələmlərini sevirmiş. "Mongol 480” də onun sevimlilərindən olub. Deyilənə görə, Steinbek "Cənnətin şərqi” romanını yazanda 300, "Qəzəb salğımları”nı yazanda 60 qələm bitirib.


Ceyn Osten

Osten romanlarını lələk qələm və mürəkkəblə yazırmış. Qəribə mürəkkəbin resepti isə belədir: "8 yemək qalium turşusu, 4 qaşıq dəmir-sulfat, 3 qaşıq qətranı və yarım litr boyat pivəni qarışdır. İçinə bir az şəkər qat. 14 gün ərzində odun yanında saxla və hər gün iki dəfə möhkəm çalxala”.


Truman KapotTruman Kapot

Kapot yazı müddətini belə təsvir edir: "Əvvəl kağıza yazıb başqa qələmlə düzəlişlər edirəm. Üçüncü mərhələdə xüsusi sarı kağıza yazı makinası ilə köçürürəm. Bunu edəndə yatağımdan heç çıxmıram. Dəqiqədə 100 söz yaza bilirəm”.


J.K. Roulinq

Hər nə qədər multimilyoner olsa da, Harri Potteri yaratma dövründə J.K. Roulinq əsərlərini dəftər-qələmlə yazıb. Ancaq indi yəqin ki kompüterlə işləyir.


Artur Konan Doyl

"Şerlok Holms”un yaradıcısı Doyl bir çox kitabını "Parker Duofold” qələmini ilə yazırmış.


Aqata Kristi

Sirlərlə dolu romanların yaradıcısı Kristi "Remington Home Portable N 2” daktilosunda işləməyi xoşlayırmış.


Silviya Plat

Ted Hyuzun "Ad günü məktubları”nda yazdığına görə, Plat "Shaeffer” markalı qələmi ilə yazı yazmağı sevirmiş.



İmza:Oğuz Ayvaz
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK