ANA SƏHİFƏ / MARAQLI

Nökərin səhvən öldürdüyü hökmdar: imperatorun gülünc sonu

13265    |   2018-06-19 17:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bütün dövrlərdə hökmdarların bənzərlərinin olduğunu bilirik. Hətta əksər öldürülən dövlət başçılarının "orijinal”ı deyil, oxşarlarının olduğuna dair ya faktlar, ya da şayiələr çox danışılan mövzulardandır. Bəlkə də aşağıdan yuxarıya baxanda bəxtəvərlik oxunur ki, xalq arasına, döyüş meydanına və ya digər təhlükəli yerlərə hökmdarlar öz bənzərlərini göndərib, özləri də rahat-rahat eyş-işrətlə məşğul olublar. Güman ki, bu bənzərlik məsələsinin zövqü-səfa tərəfi də olub. Amma özü deyil, bənzəri öldürüləndən sonra həmin hökmdarın sonrakı həzin taleyi də ürəkaçan olmur. Ya da ən dəhşətlisi – "orijinal” hokmdar səhvən "kopya”sının yerinə öldürülə...

Bax işin bu dəhşətli tərəfi məhz dünyanın ən böyük hökmdarlarından olan, adını tarixə qızıl hərflərlə yazdırmış Napaleon Bonapartın başına gəlib. Belə deyilir ki, Müqəddəs Yelena adasında sürgündə ölən Napaleonun özü deyil, oxşarı olub. İndi bu söyləntinin nə qədər həqiqət və ya şəhər əfsanəsi olması faktına nəzər salaq:

Napaleon imperiyasını formalaşdırdıqdan sonra digər sələfləri kimi özünə bənzəyənləri başına yığıb. Onlardan hər biri sarayda xüsusi təlim keçərək imperatorun bütün jestlərini, xarakterini, hətta yerişini, danışıq tərzini mənimsəyir, sonra xalq qarşısına çıxırdılar. Dörd saxta imperatorun içində Napaleonla bir almanın yarısı kimi bənzər olan Fransua Robonu xüsusi qeyd etmək lazımdır. Bənzərlik o qədər dəqiq imiş ki, heç imperatorun arvadı da ayırd edə bilmirmiş. Fransua Robo kim idi və saraya necə düşmüşdü? Fransua Verden şəhərinin Baleykur kəndində doğulmuşdu. Orduya könüllü yazılıb və tezliklə polkovnik rütbəsinə qədər qalxıb. Həm cəsurluğuna, sərkərdəlik qabiliyyətinə görə, həm də eynilə imperatora bənzədiyinə görə, döyüş yoldaşları ona elə "imperator” ləqəbi qoymuşdular. Robonin şücaəti və oxşarlığı haqqında deyilənlər tezliklə Napaleonun qulağına çatıb və imperator onunla şəxsən görüşüb. Bundan sonra o, saraya gələrək burada imperatoru bir çox məqamlarda əvəzləyib. Digər oxşarlar xalq qarşısına uzaqdan çıxarılırdı, çünki az da olsa fərqlilik vardı. Təkcə Robo həddən artıq Napaleona bənzədiyinə görə ən yaxın saray adamları və imperatorun ailəsinə sıza bilirdi. Napaleon hakimiyyəti devrildikdən sonra isə rəsmi məlumatlarda Robonun öz kəndinə qayıtdığı bildirilir. 1818-ci ildə isə Fransua Robo ev-eşiyini, mal-qarasını qoyub izsiz-soraqsız yoxa çıxıb. Həm də onunla birlikdə bacısı da yoxa çıxmışdı. Amma illər sonra qadının Nant şəhərində var-dövlət içində yaşadığı barədə məlumat yayılır. Sonralar Robonun gizli gündəliyi tapılır və ordan bəlli olur ki, Napaleonun oxşarlarından 2-si Vaterloo döyüşündə həlak olub, yəni onları imperator zənn edib öldürüblər. Üçüncüsü itkin düşüb, amma onu da sonralar Rusiyanın Peterburq şəhərində görüblər. Robonun yoxa çıxdığı ildə isə gündəlikdəki qeydə görə Qurqar soyadlı generalın onunla görüşdüyü və imperatorun yerinə Müqəddəs Yelena adasına göndərildiyi qeyd olunur.

Dünya şöhrətli psixiatr Ziqmund Freyd təkcə "Qadınlar nə istəyir” sualı ilə ömrünün 30 ilini çürütməyib, o həm də Napaleonun həyatının ən yaxşı araşdırmaçılarından sayılır, daha doğrusu imperatorun gizlinləri ilə bağlı araşdırmalar edib. Onun iddiasına görə 1823-cü ilin 4 noyabrında Napaleonun oğlu sətəlcəmdən öldüyü gün Vyana yaxınlığındakı qəsrin həyətinə gizlincə daxil olmaq istəyən naməlum bir kişi mühafizəçi tərəfindən öldürülüb. Ölünün üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb, amma görənlər yad adamın eks-imperatora çox bənzəməsindən heyrətə gəliblər. Napaleonun arvadı Mariya-Luiza da meyiti görəndən sonra təcili onu içəri apartdırıb. Sonra isə onun imperator ailəsinə aid olan türbədə basdırılmasını əmr edib. Yəni bu naməlum adam elə Napaleonun özü idi ki, vardı. Və o, gizli yollarını əzbər bildiyi, bir vaxtlar özünə məxsus olan qəsrə gecəykən gəlibmiş ki, ölən oğlunun nəşini də olsa son dəfə görə bilsin. Amma imperatoru adada ölmüş zənn edən mühafizəçi əlbət ki, onu qaranlıqda tanımayıb, saraya soxulan qəsdçi bilərək öldürüb. Düzü, qaranlıqda tanısa da onun imperator olduğuna inanmazdı.

Bəs Müqəddəs Yelena adasında "ölüm”ündən sonra gizlənən Napaleon son illərdə harada idi? Belə ki, İtaliyanın Verona şəhərində Petruççi soyadlı bir tacir ortağı ilə birlikdə dükan açır və insanlar pozuq italyanca danışan bu yadellinin necə də Napaleon Bonaparta bənzədiyinin fərqinə varırlar. Tezliklə Petruççiyə yerli sakinlər "imperator” ləqəbi taxırlar. Sonralar Petruççinin ortağı Revar deyib ki, 1823-cü ilin oktyabrında üstü möhürlü bir məktub alıblar. Və Petruççi bu məktubu oxuyan kimi həyəcanlanıb və təcili yola düzəlib. 2 saatdan sonra Revar daha bir məktub alıb. Bu məktub Petruççidən imiş, yoldan ortağına göndərib. Məktubun üstündə Revardan xahiş olunurdu ki, əgər geri qayıtmasa bu möhürlü məktubu 3 aydan sonra Fransa sarayına aparsın. Revar ortağının xahişini yerinə yetirib. Sarayda xüsusi möhürlü məktubu görər-görməz Revara bol mükafat verilib və ondan tələb olunub ki, bu barədə heç kimə bir söz deməsin. Revar buna da əməl edib, amma bu dəfə 30 il susub, illər sonra isə qoca yaşında etiraf edib ki, onun ortağı məhz Napaleon Bonapartın özü olub.


Şəfiqə ŞƏFA




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Hidayət Elvüsal görür ki, Vəli Xramçaylı kanalın kənarında durub əlindəki qəpikləri bir-bir suya atır.
- Ay Vəli, nağayrırsan?
- Heç qağa, 20 qəpiyim suya düşüb, indi beş-altısınıda suya atıram ki, sonra deməsinlər Vəli 20 qəpikdən ötrü kanala girif.




digər lətifələr
ARXİV
FACEBOOK