adalet.az header logo
  • Bakı 18°C
19 Iyun 2018 16:25
13674
SİYASƏT
A- A+

İran XİN başçısı: “Yaxın Şərqdəki 80 nüvə başlığının heç biri İranın deyil”

"Yaxın Şərqdə yerləşdirilən 80 nüvə başlığının heç biri İrana məxsus deyil”.

İsrail KİV-ləri xəbər verir ki, bunu İranınxarici işlər naziri Məhəmmədcavad Zərif "Twiiter”səhifəsində yazıb.

"Həmin başlıqlar daim İranın nüvə ambisiyasından danışan hərbi rejimin əlindədir. Bunun regiona, eləcə də dünyaya yaratdığı təhlükəni müzakirə etməyin vaxtı çoxdan çatıb”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki,M.Zərif həmin faktı İsveçin Stokholm şəhərindəyerləşən Dünya problemlərini araşdıran beynəlxalq institutun hesabatından götürüb. Bu qurum tərəfindən 2018-ci ilin yanvarında yayılmış hesabata əsasən, İsrailin 80 nüvə başlığı var. İsrail rəsmiləri bu məlumatı nə qəbul, nə də təkzib edir.

Virtualaz.org