adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Iyun 2018 15:51
12815
DÜNYA
A- A+

Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək

Ankara Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək.

Adalet.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Qeyd edək ki, ötən gün ABŞ Senatı 2018-ci il üçün müdafiə büdcəsinin layihəsini qəbul edib və bu büdcə layihəsində Türkiyənin F-35 qırıcılarının istehsalı prosesində iştirakının dayandırılması nəzərdə tutulub. Bu addım rəsmi Ankaranın S-400 komplekslərini almaq niyyəti ilə əlaqələndirilib.

M.Çavuşoğlu bildirib ki, sünu böhranlar yaratmaq Qərbin tərzidir: "Onlar hesab edir ki, istəsələr satacaqlar, istəməsələr də satmaya bilərlər. Türkiyə bu cür münasibətlər sistemindən çıxıb. Hansı qanunlara əsasən S-400 alınmasına görə sanksiya tətbiq etməyə hazırlaşırsınız? Bu, düzgün yanaşma deyil və münasibətlərdə böhrana gətirib çıxaracaq. Biz S-400 almışıq, gəlin mövzunu bağlayaq”.