ANA SƏHİFƏ / KRİMİNAL

Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

8057    |   2018-06-19 12:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürborakı kənd sakini Vüqar Bağırova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu və 1 kiloqram 41 qram marixuana aşkar edilərək götürülüb.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Abdullayevdən şəxsi axtarış zamanı 0,165 qram heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 450 qram marixuana, 0,32 qram "Metadon” və 0,9 qram "Preqabalin” həbləri, 0,877 qram heroin və 0,457 qram tiryək də aşkar edilərək götürülüb.

Ağdaş RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Tofiq Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Qeyd edək ki, ötən gün ərzində daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.




İmza:
SON XƏBƏRLƏR
2018-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK