adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Iyun 2018 23:58
13704
İDMAN
A- A+

Dünya Çempionatı-2018: İngiltərə son anda qələbə qazana bildi

Futbol üzrə dünya çempionatının beşinci günündə "G” qrupun birinci turunun son oyunu yekunlaşıb.

Adalet.az xəbər verir ki, "Volqoqrad Arena”da keçirilən qarşılaşmada Tunis və İngiltərə yığmaları üz-üzə gəlib.

Qarşılaşmanın 11-ci dəqiqəsində tamaşaçılar ilk qolu görüb. İngiltərə millisinin kapitanı Hari Keyn hesabı açıb.

Amma oyunun 35-ci dəqiqəsində Sassi penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Oyunda son nöqtəni isə yenə də ingilislər qoyub. Hari Keyn 90+1-ci dəqiqədə hesabı 2:1-ə çatdıraraq komandasına 3 xal qazandırıb.

Qeyd edək ki, bu komandalar dünya çempionatlarında bir dəfə qarşılaşıblar. 1998-ci ildə Fransada keçirilən qrup matçında ingilislər 2:0 hesabı ilə qalib gəliblər.

1978-ci ildə dünya çempionatında debüt edən Tunis millisi mundiallarda ilk qələbəsini elə həmin il qazanıb. Meksika üzərində 3:1 hesablı qələbə qazanan Tunis dünya çempionatlarında bir oyunda qalib gələn ilk Afrika ölkəsi olub. Tunis 1998-ci, 2002-ci və 2006-cı illərdə mundiallarda yer alsa da, mübarizəni qrup mərhələlərində dayandırıb.