adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Iyun 2018 10:35
5204
HADİSƏ
A- A+

Bakıdakı “Taxta bazarı”nda YANĞIN - YENİLƏNİB

Ekologiya və Təbi Sərvətlər Nazirliyi paytaxtın Ziya Bünyadov prospektindəki tikinti materiallarının satışı bazarında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, naməlum səbəbdən baş vermiş yanğın nəticəsində havaya qatı tüstü və qoxu yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə gedib, monitorinq və araşdırma işlərinə başlayıb.

Mütəxəssislər atmosferə yayılan tüstü axını və qoxu ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar-mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb. Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.

Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.


***

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın söndürülüb. Əlavə məlumat veriləcək.

Bakı şəhərinin Nərimanov rayonunda restoranda baş vermiş yanğın söndürülüb. Əlavə məlumat veriləcək.