adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Iyun 2018 17:50
10658
İDMAN
A- A+

DÇ-2018: İsveç millisi Cənubi Koreyanı məğlub etdi

Rusiyada tam gücü ilə davam edən futbol üzrə dünya çempionatında F qrupunun digər cütlüyü arasında matç keçirilib.

Adalet.az xəbər verir ki, Nijni Novqorod şəhərinin futbol arenasında İsveç və Cənubi Koreya yığmaları üz-üzə gəlib.

Oyun 1:0 hesabı iləİsveçin xeyrinə başa çatıb.

63-cü dəqiqədə hakim videotəkrara baxdıqdan sonra C.Koreyanın qapısına 11-metrlik cərimə zərbəsi təyin edib.Qrankvist penaltini dəqiq yerinə yetirərək qapıçıya heç bir şans qoymayıb.