adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
19 Iyun 2018 11:31
10988
İDMAN
A- A+

Kolarova avtomobil hədiyyə olunub

Dünya çempionatının qrup mərhələsində Kosta-Rika ilə oyunda vurduğu yeganə qolla Serbiya millisinə qələbə qazandıran Aleksandar Kolarova xüsusi hədiyyə alıb.

Adalet.az goal.az-a istinadən xəbər verir ki,Samara əyalətinin rəhbəri Dmitri Azarov təcrübəli müdafiəçiyə "Lada" avtomobili hədiyyə edib.

"Mən Kolarova "4х4" modelinin sertifikatını təqdim etdim. Bu, onun çox xoşuna gəldi. Düşünürəm ki, bu avtomobil sayəsində Kolarov daim bizim arenanı, vurduğu qolu xatırlayacaq" - Azarov qeyd edib.