ANA SƏHİFƏ / MARAQLI

Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı

5507    |   2018-06-18 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Amerika qitəsini ilk kəşf edən məşhur səyyah Xristofor Kolumbun 500 il əvvəl yazdığı məktub tapılıb.

Musavat.comxəbər verir ki, X.Kolumbun İspaniya kralı və kraliçasına yazığı məktub ABŞ-da tapılaraq İspaniya dövlətinə təslim edilib.

Məşhur səyyahın Amerikaya gəlməsindən sonra İspaniya kralı və kraliçasına yazdığı məktubun orijinal nüsxəsi 7 ildir ki, ABŞ rəsmiləri tərəfindən axtarılırdı.

Səyyah X.Kolumb 1493-cü ildə yazdığı məktubda İspaniya kralı Ferdinand və kraliça İzabellaya yeni dünyadakı kəşflərindən danışıb. X.Kolumb "Catalonia Plannck II Columbus" adlı məktubda Amerikada qarşısına çıxan insanlardan, qitənin coğrafi quruluşundan və zənginliyindən də bəhs edib.

Səyyahın səfər xərcləri İspaniya krallığı tərəfindən ödənilmişdi. X.Kolumbun kral ailəsinə göndərdiyi məktub daha sonra Romaya göndərilmiş orada latın dilinə çevrilmişdi. Ardından məktub çoxaldılaraq bütün Avropa ölkələrinə göndərilərək, kəşf haqqında məlumat verilmişdi.

2011-ci ildə məktubun Barcelonanın Kataloniya kitabxanasında saxlanılan bir orijinal sürətinin saxta olduğu aşkarlandı. Orijinal məktub 2005-ci ildə iki italyan kitabçı tərəfindən 600 min avroya satıldı və son olaraq 900 min avroya başqa bir alıcıya satılıb.

ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi Təşkilatı 7 il məktubun tədqiqatını aparıb. ABŞ prokuroru David Weiss"Tarixi olaraq çox önəmli olan bu məktubu haqlı sahibi İspaniyaya təhvil verə bildiyimiz üçün çox sevincli və qürurluyam"deyə fikirlərini bildirib.

Məktubu İspaniyanın Vaşinqtondakı səfiri Pedro Morenes, ABŞ-da təşkil olunan bir tədbridə təhvil alıb. Səfir bu addımın ABŞ ilə İspaniya arasındakı əlaqələrin bir-birinə sadiqlik nümunəsi və rəmzi kimi qiymətləndirib.

ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi Təşkilatı 2007-ci ildən bu yana 30-dan çox ölkəyə 11 mindən artıq tarixi əsərlərin təhvil verildiyini açıqlayıb. Bu əsərlər arasında 1800 illik Peru çanağı, Koreyaya aid krallıq möhürləri, İraqdan oğurlanan tarixi əşyalar da var.




İmza:
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK