adalet.az header logo
  • Bakı 16°C
16 Iyun 2018 12:31
9324
İDMAN
A- A+

Ronaldo het-trik etdiyi oyundan danışdı

"Bu het-trik karyeramın əhəmiyyətli şəxsi göstəricilərindən biridir. Çox sevincliyəm. Komanda vacib olanı etdi. Favorityığmaya qarşı oynayırdıq. Matçda 2 dəfə önə keçdik. Lakin üstünlüyümüzü qoruya bilməyib, geri düşdük. Heç-heçə ədalətli nəticədir. İndi növbəti matça köklənməliyik".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2018-in qrup mərhələsində İspaniya ilə heç-heçə etdikləri oyunu (3:3) şərh edərkən deyib.

Het-trikə imza atan 33 yaşlı hücumçu mundialdakı şanslarını da dəyərləndirib: "Qrupdan çıxmağa çalışağıq. Bu, çətin olacaq. Favorit deyilik, amma namizədlərdən biriyik. Mərakeşlə oyun bizim üçün əhəmiyyətli olacaq".