adalet.az header logo
  • Bakı 20°C
14 Iyun 2018 18:00
217303
İDMAN
A- A+

Salah Uruqvayla oyuna hazırdır

"Liverpul”un hücumçusu Məhəmməd Salah Misir millisinin DÇ-2018-in ilk oyununda Uruqvayla keçirəcəyi görüşdə meydana çıxa biləcək.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, bu barədə yığmanın baş məşqçisi Ektor Kuper məlumat verib. Oyun öncəsi mətbuat konfransında ulduz futbolçunun durumu ilə bağlı da danışan mütəxəssis onun ilk oyuna 100 faiz hazır olduğunu bildirib.

Qeyd edək ki, Çempionlar Liqasının finalında "Real”la matçda çiynindən zədələnən Salah dünən komanda ilə məşqlərə başlayıb. A qrupunda yer alan Misir və Uruqvay millilərinin görüşü sabah keçiriləcək.