ANA SƏHİFƏ / GÜNDƏM

Ruhani İlham Əliyevə məktub göndərib

4104    |   2018-06-14 17:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

İranın Azərbaycandakı səfirliyindən Adalet.az-a verilən məlumata görə, təbrik mətnində deyilir:

"Allahın salamı, rəhməti və bərəkətləri üzərinizə olsun! Böyük sevinclə Allah təalaya bəndəçilik və ilahi sınaq yolunda mükafat sayılan Fitr bayramı münasibətilə sizi və müsəlman Azərbaycan xalqını səmimiyyətlə təbrik edirəm.

Büsbütün sevinc və mərhəmət olan bu bayram günü, həmçinin ilahi itaətkarlıqdan ibarət olan Ramazan ayında müsəlman ümmətinin öz ilkin saflığına qayıdışını arzulayır, insaniyyət yolunda kamillik zirvəsinə nail olduqlarını təmənni edirəm!

Ümid edirəm ki, bu əziz bayramın ictimai ibrətlərindən nəticə alaraq, müsəlmanların qəddarlıq və radikallıqla mübarizə aparmasına, eləcə də, onların öz mənafelərini güdən və əhd-peymanları pozan hegemon qüdrətlərin qarşısında birləşməsinə, həmçinin bütün dünyada sülh və əmin-amanlığın hakim olmasına qadir ola bilərik.

Allah təaladan sizə sağlamlıq və müvəffəqiyyət, müsəlman Azərbaycan xalqına isə izzət və səadət diləyirəm!"




İmza:
SON XƏBƏRLƏR
2018-06-18
2018-06-16
2018-06-15
2018-06-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK