adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Iyun 2018 16:43
13985
DÜNYA
A- A+

Həmsədrlər XİN rəhbərlərini görüşdürmək istəyir

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer, Stefan Viskonti, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik Ermənistana etdikləri səfərlə bağlı bəyanat yayıblar.

Adalet.az xəbər verir ki, 12-14 iyunda İrəvana səfərləri çərçivəsində Ermənistanın xarici işlər naziri Zohrab Mnaçakanyan, baş nazir Nikol Paşinyan, müdafiə naziri david Tonoyan və prezident Armen Sarkisyanla görüşdüklərini deyən həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların hazırkı statusuna nəzər saldıqlarını, yaxın gələcəkdə nazirlər səviyyəsində görüşün təşkili də daxil olmaqla, danışıqlar prosesinin irəliyə doğru aparılması üçün növbəti addımları müzakirə etdiklərini bəyan ediblər.

Ermənistan rəsmilərilə görüşlərdə Ermənistan-Azərbaycan sərhəddində və təmas xəttindəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi də aparılıb, konstruktiv mühitin qorunub saxlanmasının vacibliyi vurğulanıb.

Bəyanatda qeyd olunur ki, həmsədrlər güc tətbiq etməmək və güclə hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququ daxil olmaqla, münaqişənin Helsinki yekun Aktının əsas prinsipləri çərçivəsində sülh yolu ilə həllinin tapılması istiqamətində tərəflərə kömək etməklə bağlı öhdəliklərinə sadiq qalırlar.