Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Alman professor ADU-da jurnalistlərlə görüşüb Adalet.az | Alman professor ADU-da jurnalistlərlə görüşüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Alman professor ADU-da jurnalistlərlə görüşüb

9385    |   2018-06-14 16:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyunun 14-də Azərbaycan Dillər Universitetinin (ADU) Germanistika İnstitutunun fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.

Ölkənin bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi görüşdə Germanistika İnstitutunun rəhbəri, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman bir sıra vacib məqamlara toxunub.

Z.Hartman Azərbaycana gəldiyi ilk dönəmləri xatırlayaraq ölkənin tarix və müasirliyi özündə birləşdirməsinə vurğun olduğunu bildirib. Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığı haqqında danışan Z.Hartman ADU-nun rektoru, akademik Kamal Abdulla ilə birgə hər iki ölkənin ədəbiyyatı və mədəniyyəti üçün əhəmiyyətli layihələr həyata keçirdiklərini söyləyib.

Professor Z.Hartman alman mədəniyyətinin nadir incilərindən biri "Nibelunqlar haqqında nəğmə”nin "Kitabi-Dədə Qorqud” dastanı ilə müqayisəli şəkildə öyrənilməsi üzrə birgə layihələrdən və gələcək tədqiqat işlərindən danışıb. Bundan əlavə, o, hazırda üzərində işlədiyi bir çox layihələrdən bəhs edib.

Germanistika İnstitutunun fəaliyyəti və əsas prinsipləri haqqında danışan Z.Hartman gələcək perspektivlərdən də söz açıb. O, azərbaycanlı və alman tələbələrin mübadiləsinin həyata keçirilməsi istiqamətində atıla biləcək addımlara nəzər salıb.

Görüşün davamında professor Z.Hartman jurnalistləri maraqlandıran sualları cavablandırıb.




İmza:
SON XƏBƏRLƏR
2019-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK