Adalet.az | Asim Yadigarın yaradıcılığında Heydər Əliyev obrazı Adalet.az | Asim Yadigarın yaradıcılığında Heydər Əliyev obrazı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Asim Yadigarın yaradıcılığında Heydər Əliyev obrazı

5468    |   2018-06-14 15:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həyatda böyük şəxsiyyətlər müəyyən bir dövrün və zamanın yetirməsi olmaqla yaşadığı tarixi dövrün fəaliyyətçisi :-ictimai - siyasi xadimi, ixtiraçısı, alimi, pedaqoqu, rəssamı..... olurlar. Onlar əməlləri, xalq üçün gördüyü işlərə görə tarixdə əbədiləşirlər.Ya tarixin qan yaddaşında bir despot, zülmkar kimi, ya da əsl xalq xilaskarı, elm fədaisi, qurucu və yaradıcı insan və millət fədaisi kimi daxil olur. Tariximizin milli liderlər salnaməsində xalqına olan sonsuz məhəbbəti, inamı, etibarı ilə seçilən, ürəyinin sönməyən odu ilə xalqına işıqlı yol göstərən, xoşbəxt gələcək bəxş edən Ümummilli liderimiz qan yaddaşımızda və tariximizdə xalqın xilaskarı, ən böyük siyasi lideri, müstəqil dövlətimizin qurucusu kimi əbədiləşdi. O, xalqımızın əbədiyyat üfüqlərində sonməyən günəşdir. Bu günəşin hərarətindən isinən ürəklər, nurlanan zəkalar onun arzu və əməllərini həmişə yaşadır yaşadacaqlar. Rəssam fırçası ilə, şair poetik fikirləri, bəstəkar musiqisi, bəstələdiyi mahnıları ilə xalq isə sonsuz sevgisi ilə əbədi yaşadır xilaskarını. Tarixin yetişdirdiyi dühalardan da biri xalqımızın xilaskar oğlu Heydər Əliyevdir. Azərbaycan dövlətçilik tarixində xüsusi dəsti xətti olan Heydər Əliyev hakimiyyətinin ikinci günəsi Naxçıvandan döğsa da, tezliklə bütün Azərbaycanı nura boyadı.

Xalqın həyatından qaranlıqlar çəkildi, sabaha ümid arzuları çiçəkləndi. Ümummilli liderimizin vətən, xalq üçün gördüyü işlər, qazandığı cahanşümül nailliyyətlər Azərbaycana dünya şöhrəti gətirdi. Xalq azadlığın və müstəqilliyin nəşəsini yaşadı. O, müstəqil dövlət banisi və Prezidenti kimi inkişaf etmiş dövlətlərin siyasi kürsülərinə cəsarətlə addımladı. Azərbaycanın üçrəngli bayrağını inkişaf etmiş dövlətlərin bayraqları sirasında dalğalandırdı. Ümummilli liderimiz xalqın ona olan sonsuz sevgisi ilə yaşatdı və yaratdı yeni müstəqil Azərbaycan dövlətini. O, dünyaya tanıtdı müstəqil Azərbaycanı! Onun əməli faliyyətinə neçə-neçə elmi, bədii əsərlər yazıldı, nəğmələr qoşuldu. Ümümmilli liderimizə xalqın sonsuz sevgisini, rəhbərə olan sonsuz inamını və etibarını sevərək qələmə alan şair Asim Yadigarin taleyi elə gətirib ki, o, Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan dövrünün canlı şahidi, görülən işlərin müşahidəçisi, efirdə təbliğatcısı oldu. Ona görə şair ən çox eşitdiklərini deyil, canlı şahid olduğu hadisələri qələmə alır. Dahi insanın Naxçıvan dövrünü tərənnüm edən şair AsimYadigar "Heydər zirvəsi” adlı silsilə şeirlərində "Bir nurlu heykəl yarat”, "Azərbaycan dünyaya günəş kimi doğacaq”, ”Azərbaycan bayrağına!‘‘, "Bir bayraq altında ", ”Heydər zirvəsi”, ”Gəldi ulu Heydərin İlham düası gəldi”, ”Dədə Heydərim mənim”, "Vətən oğlu”, "Döyüş əmri ver mənə” və

sairə şeirləri bu gün Naxçıvan ədəbi mühitində siyasi lirikamızın gözəl nümunələrindəndir. Xalqın rəhbərə olan sevgisi bir şair dünyasının yaradıcılıq mənbəyindən qidalanan və böhrələnən poeziya çələngidir. Bu cələng isə gözəlliyini Naxçıvanın əsrarəngiz təbiətindən almışdır. Şair xalqın rəhbərə olan sevgisini və ehtiramını qələmə alarkən heç bir bayalığa yol verməmiş, gördüklərini tərənnüm etmişdir. Yaradıcılığında poetik nəğməyə dönən "Bir nurlu heykəl yarat” şeirində əbədiyaşar şəxsiyyətin obrazını sevə-sevə yaradan şair qələmlə fırçanın vəhdətini bir araya gətirmək istəyir:

Heykəltəraş qardaşım, bir nurlu heykəl yarat,

Heydərimin adına yaraşan heykəl olsun.

O, heykəltək ucaltdı anam Azərbaycanı,

Qoy sənin yaratdığın ondan da gözəl olsun.

Budur rəhbərə ümümxalq məhəbbətinin sevgi çələngi. Şair Asim Yadigar sanki rəhbərə olan xalq sevgisi cələnginin güllərini mavi səmadan bütün müstəqil Azərbaycan torpağına səpmək istəyir. Şair heykəli yaradan sənətkardan xahiş edir ki, yaradacağı heykəl insan qəlbinin alovunda nurlansın, Xəzər ürəyi, Araz, Kür coşan qanı, Qoşqar, Şahdağ Savalan əyilməyən başı olsun. Xalq məhəbbətini ön plana çəkən şair rəhbərin əməllərini insanlığın tacı adalandırır. Şair :

O, adi insan deyil, insanlığın tacıydı,

Ürəyi bir millətin yoluna məsəl oldu

-deyir

Bu məşəl parçalanan Azərbaycanı birləşdirən, vahid Azərbaycan dövləti yaradan, adilikdən çıxaraq fövqəlbəşər şəxsiyyət kimi tarixləşən ümummilli liderimiz H.Əliyevdir. Şair xalqın sevgisini ümümiləşdirərək rəssamı da imtahandan üzü ağ çıxmağa səsləyir.

O heykəltək ucaltdı Anam Azərbaycanı,

Qoy sənin yaratdığın ondan da gözəl olsun.

Asim Yadigar rəhbərə ümümiləşdirilmiş ümumxalq məhəbbətini özünəməxsus poetik ifadə ilə verir. Şairin "Azərbaycan dünyaya günəş kimi doğacaq " şeirində dahi şəxsiyyətin çıxışından sitat götürərək azadlıq yolunda məqsədinə çatmaq ücün ölüm görən, qan görən, lakin heç bir çətinlikdən qorxmayan şəxsiyyətin real obrazını yaradır. Öz əlləri ilə qurub yaratdığı Bakıya belə gəlməsindən qorxanlara ibrət dərsi verərək: sapı özümüzdən olanları, düçmən dəyirmanına su tökənləri kəskin tənqid edir, xalqının, millətinin imzasını imzalar içində görmək istəyən, Vətən sevgisini öz canından belə üstün tutan rəhbərimizi ilahiləşdirərək onu tanrının qoruduğu insan kimi oxucuya təqdim edir:

Onu tanrı qoruyur, o, zülməti boğacaq,

Azərbaycan dünyaya günəş kimi doğacaq!

Şair dünyanı qarış-qarış gəzərək yer üzünə səpələnmiş azərbaycanlıları

Vətənin və millətin birliyi naminə birləşdirməyə çalışan Ümummilli liderimizin tarixi xidmətlərindən biri olan 31 Dekabr Dünya


Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi sahəsindəki gördüyü işləri alqışlayır və onun Dünya Azərbaycanlılarının I qurultayında xitabət kürsüsünə gəlişini, millətin ona olan sevgisini ümumiləşdirərək :

Gur alqışlar altında gəlir kürsüyə sarı,

Yerişində əzəmət, duruşunda əzəmət.

Ulduz kimi dünyaya səpələnmiş milləti

Bir bayrağın altına yığa bilib nəhayət –yazan şair onun tarixi xidmətini milyonlar adından alqışlayır.

Bir millətin adından danışır gur səsiylə

Danışır məmləkətə,millətə rəhbər kimi,

Danışır Vətənini , torpağını qoruyan

Həm Ali Baş Komandan, həm də bir əsgər kimi ...

Şair bu şeirində çıxışı ilə qurultay salonunu lərzəyə gətirən, dünyaya səpələnmiş Azərbaycanlıları bir yumruq kimi birləşdirməyə çağıran dahi şəxsiyyətin xalqının bu günü və gələcəyi üçün atdığı tarixi addımları da dəyərləndirir. Bu alqış xalqın alqışıdır, xalqın sevgisidir:

Bu Vətən Vətənimiz, bu torpaq torpağınız,

Bu yurd öz yurdumuzdur, bu el öz elinizdir.

Üçrəngli bayrağımız , bizim bilik rəmzimiz

Bizi qovuşduran dil öz şirin dilinizdir

-deyən Ümummilli liderimiz burada da Azərbaycanın gələcəyi naminə yolundan dönməyəcəyinə and içir, əqidədaşlarını Azərbaycan millətinin birliyi naminə onunla birgə mübarizəyə səsləyir: Qoy Vətənin yolunda məşəl olsun ürəklər,

Yolumuzda nə zülmət, nə boran , nə qar olsun.

Mən də bir oğul kimi, mən də bir övlad kimi ,

Uca səslə deyirəm:-Azərbaycan var olsun,

Azərbaycan var olsun!

Bu boyük şəxsiyyətin öbrazını sevə sevə yaradan şair Asim Yadigar "Heydər Əliyev-xalq, xalq- Heydər Əliyev” ideyasını tamamlayır.

Azərbaycanın bugünkü inkişafı namınə atılan hər bir işin, nailiyyətin təməlində Heydər Əliyev dəst- xəttinin olduğunu təsdiqləyir.

Şairin "Heydər zirvəsı”, ”Dədə Heydərim mənim” şeirlərində də rəhbərə ümumxalq məhəbbəti tərənnüm olunur:

Anam Azərbaycanın

Heydər tək zirvəsi var.

Min-min zirvə içində

Ən uca zirvəm odur.

Xalqım da o zirvəylə

Fəxr eyləyər, ucalar...

Bölünmüş, parçalanmış, sərvəti talan olmuş, hakimiyyətin səriştəsizliyin üzündə torpaqları düşmə tapdağına keçmiş Azərbaycan dövlətinin xilaskarının Naxçıvana gəlişini alqışlayan şair :-

Tufanlar, qasırğalar tüğyan edən zamanda

Gəldi ulu Öndərim Şimurqun qanadında,

Sönmüş, dönmüş çöhrələr gül açdı Naxçıvanda.

Gözümüzün işığı, nuru, ziyası gəldi,

Anam Azərbaycanın Heydər dühası gəldi!

Rəhbərin gəlişini alqışlayan , yeni həyatın başlanğıcından oxucuya müjdələr verən Asim Yadigar itirilmiş ümidlərin, sönmüş ocaqların, zülmət gecələrin aydın sabahlara qovuşacağından xəbər verir.

Yandı sönmüş ocaqlar, külümüz köz-köz oldu,

Zülmət gecələrimiz işıqlı gündüz oldu.

Məsləkimiz tərtəmiz, amalımız düz oldu.

Gəldi ulu yurdumun, ciyərparası gəldi,

Anam Azərbaycanın Heydər dühası gəldi!

Bu şeirin özəlliyi ondadır ki, şair düşən daşı daş üstə qoyan, xalqın sabaha olan inamını artıran, zülmət gecələrimizi nurlu sabahlara açdıran, millətin haqq səsini dünyaya çatdıran, ücrəngli bayrağımızı inkişaf etmiş dövlətlərin bayraqları ilə bir sırada dalğalandıran, müstəqil dövlətçiliyin təməl daşını inkişaf etdirən Ümummilli liderimizin yarımçıq işlərinin görülməsi üçün Azərbaycanın etibarlı əllərə verilməsini də alqışlayır:

Deyirdi; -Azərbaycan urəyim, nəfəsimdi,

Xalqım xoşbəxt yaşasın!-Bax, bu məni bəsimdi,

Xalqın ucalan səsi elə mənim səsimdi,

Görmədiyim işləri İlham vuracaq başa,

Yaşa, Azərbaycanım, yaşa, min illər yaşa!

Şair Asim Yadigarın siyasi lirikasının tacı olan ”Gəldi, ulu Heydərin İlham dühası gəldi” şeiri poetik epopeya kimi bir birini tamamlayır, oxucunun sabaha inamını, rəhbərə məhəbbətini önə çəkir.

Millətinin önündə durub bu gün dağ kimi,

Xalqına yol göstərir yanan bir mayak kimi,

Qaldıır öz yurdunu göylərə bayraq kimi,

Əyilməzlik simvolu-bürcü, qalası gəldi,

Gəldi, ulu Heydərin İlham dühası gəldi!..

Şairin siyasi lirikasının incilərindən biri də Naxçıvan haqqında Ümummilli liderimizin yarımçıq qalmış arzularını həyata keçirən, hər gəlişində Naxçıvan Muxtar Respublikasının hər rayonunda yeni böyük layihələrin təməlini qoyan, Azərbaycanın iqtisadi-siyasi, elmi - mədəni həyatında yeni quruculuq izlərin qoyan, Ümummilli liderimizin yarımçıq qalmış arzularını şərəflə yerinə yetirən Cənab İlham Əliyevə Prezident seçkilərində səs verən xalqın rəhbərə olan sevgisini ümumiləşdirərək "Biz ona səsveririk-İlham Heydər oğluna " şeirində ozünə məxsus poetik ifadələrlə tərənüm edir:

Əməli düz , işi düz-

yolu Heydər yoludur,

Qəlbi qurmaq, yaratmaq

eşqi ilə doludur,

O da bizə Heydər tək

müqəddəsdir, uludur,

Naxçıvan oğul kimi

basır onu bağrına

Biz ona səs veririk-

İlham Heydər oğluna!

Bu səs xalqın səsidir, Azərbaycan xalqının yüksək etimadını qazanan , müasirləşən Azərbaycan dövlətini daha böyük qələbələrə səsləyən Azərbaycanın səsidir.

Ünbülbanu Musayeva

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət

işçisi , Azəraycan Jurnalistlər Birliyinin üzvü.




İmza:
SON XƏBƏRLƏR
2018-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK