Adalet.az | Qızdırmanı salmaq üçün bundan istifadə etməyin Adalet.az | Qızdırmanı salmaq üçün bundan istifadə etməyin Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Qızdırmanı salmaq üçün bundan istifadə etməyin

5026    |   2018-06-14 16:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Uşaqların qızdırmasını salmaq üçün hərə bir vasitədən istifadə edir.

Bəzi yerlərdə uşağı qalın geyindirib, üstünü də yorğanla bərk-bərk örtürlər ki, tərləyib hərarətini salsın. Bəzi yerlərdə isə xəstənin alnına və boynuna dəsmalı sirkəli su ilə isladıb soyuq kompres qoyurlar.

Uşaqlarda hərarət 38-i keçən kimi ana-atalarda çaxnaşma yaradır. Halbuki qızdırma hər zaman qorxulu bir vəziyyət deyil. Əhəmiyyətli olan qızdırmalı uşağa necə yanaşmaq və nə lazım olduğunun bilməkdir. Uşaqlarda hərarət qısa müddət içində özbaşına yaxşılaşan sadə virus xəstəliklərdən qaynaqlanır. Qızdırmalı uşaqların yalnız az bir qismində antibiotik müalicəsi ehtiyacı olan bakterial infeksiyalar olur. Qızdırmanın müalicəsində əsas məqsəd uşağın rahatlanması və narahat edilməməsidir.

Sağlamolun.az bildirir ki, mütəxəssislərin fikrincə, qızdırmalı uşaqlarda 48 saat ərzində temperaturu aşağı salan preparatlardan istifadə etmək olar. Əgər temperatur aşağı düşməsə, mütləq həkimə getmək lazımdır. Pediatrlar sirkə və spirt kimi maddələrin istifadəsini uşağın sağlamlığı üçün ziyanlı hesab edirlər.

Pediatr Vaqif Qarayevin sözlərinə görə, qızdırmanın aşağı düşməsi üçün məsamələr genişlənməlidir ki, dəri nəfəs ala bilsin. Dədə-babadan qızdırması olan uşaqları sirkə ilə ovxalayırdılar ki, məsamələr genişlənsin. Sirkə dərini qıcıqlandırdığı üçün tənəffüs yaxşılaşdıqca, hərarət dəridən çıxır. Müasir tibb isə belə vasitələri qəbul etmir. Xalq təbabətinin əksini sübut edən elmi məlumatlar aşkarlanıb. Həmin məlumatlara görə, qızdırma zamanı uşağa toxunmaq olmaz. Uşağı soyuq suya salmaq isə müasir tibb üçün kobud müdaxilə hesab edilir.

Həkimin sözlərinə görə, uşağı tərlətmək üçün qalın geyindirib, yorğanla bürüyürdülər. Bu zaman isə daxili temperatur qalxır. Parasetamol qrupundan nəsə, ya da nurofen verməklə uşağı tərlədib hərarətini salmaq daha məqsədəuyğundur:

"Dərman qəbulundan sonra məsamələr genişlənir. Üstünü basdıranda isə biz bədənin tənəffüsünə mane olduğumuz üçün təbabət bu cür vasitələri qəbul etmir. Klinik protokollara görə, yalnız qızdırmasalıcı dava- dərmanlardan istifadə etmək lazımdır. Başa düşürəm, indi bu yazını oxuyanların 50 faizi mənim dediklərimə qarşı çıxacaq ki, biz elə böyümüşük, bizi belə bürüyüblər və s.

Qəbul edirəm, hər yerin özünə görə xalq təbabəti var, amma biz həkim olaraq ancaq tibbin qaydalarına söykənirik. Əvvəllər iri damarların üstünə soyuq əski qoyulurdu, amma tibb elmi belə vasitələrlə damarların sıxıldığını müəyyən edib. Bu isə uşağın orqanizminə ziyan vurur.

Təbabətin tələbinə qörə qızdırma nurofen və parasetamol qrupuna aid olan dərmanlar vasitəsilə salınmalı və uşağın əyni nazik olmalıdır. Temperaturu aşağı salan dərmanları verəndən sonra uşağın bədən geyimini yüngül etməli, ona çoxlu maye içirməli, otağın temperaturu və nəmliyi normal saxlanmalıdır”.c




İmza:
SON XƏBƏRLƏR
2018-08-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kürəkən qayınanasına sms yazır:
- Sizin istehsal etdiyiniz məhsul (qızını nəzərdə tutur) zaydır, heç bir işə yaramır. Nə yemək bişirə bilir, nə də paltar ütüləyir.
Qayınana cavab yazır:
- Məhsul neçə il bundan əvvəl satıldığına görə istehsalçı məsuliyyət daşımır.




digər lətifələr
ARXİV
FACEBOOK