Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Azərbaycan alçaq gərginlikli və kontrol kabellərin ixracına başladı Adalet.az | Azərbaycan alçaq gərginlikli və kontrol kabellərin ixracına başladı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azərbaycan alçaq gərginlikli və kontrol kabellərin ixracına başladı

12002    |   2018-06-14 15:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada "Made in Azerbaijan” markasını təmsil edən "Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC Tacikistana növbəti dəfə məhsul ixracını həyata keçirib. Belə ki, bu gün STP sifarişçiyə Tacikistanda "Roqun” Hidroelektrostansiyasının yenidənqurulmasında istifadə üçün böyük həcmdə iki növ kabel göndərib. Texnoparkın tərkibində fəaliyyət göstərən dünyanın ən iri və yüksək texnologiyaya malik Kabel Zavodlarından biri ölkədə ilk dəfə olaraq xarici bazara 1 kV-dək olan alçaq gərginlikli və kontrol kabelləri ixrac edib.

STP-nin mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, bundan öncə STP Tacikistanda həyata keçirilən "Ravşan yarımstansiyasının inşası və yenidən qurulması Layihəsi" çərçivəsində istifadə üçün müxtəlif növ kabel məhsulları təqdim etmişdi.

Qeyd edək ki, STP-nin Kabel Zavodunda 28 min çeşiddə 500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb.

Xatırladaq ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabr ayının 22-də istismara verilib. STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu alıb. Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.




İmza:

Bakcell və Hesab.az avtomatik ödəniş funksiyasını təqdim edib

Azercell ilə rominqdə onlayn ol

Bakcell abunəçi sorğularını 100% cavablandırıb

DSX-nin bu yeni silah və avadanlıqları ilk dəfə nümayiş etdirildi - FOTOLAR

Azərbaycan şirkəti mobil bomba sığınacağı hazırlayıb - FOTO

DSX yeni kamikadze PUA-nı təqdim etdi - SKY STRİKER

Yeni iPhone telefonlarının satışları gözləntiləri doğrultmayıb

Bakcell məktəbliləri “İnternetdən təhlükəsiz istifadə” ilə tanış edir

Bakcell və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqları sevindirib

Bakcell bölgələrdən LİMİTSİZ zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir

Bakcell jurnalistlər üçün seminar keçirdi

“DaimOnline” kampaniyası daha iki universitetdə

SON XƏBƏRLƏR
2019-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK