Amil Yunanovun yeni klubu bəlli oldu - rəsmi
"Keşlə" növbəti transferini gerçəkləşdirib.
Klubdan Adalet.az-a verilən məlumata görə, Bakı təmsilçisi mövsümün sonunda "Sumqayıt"dan ayrılan Amil Yunanovu heyətinə qatıb. Milli komandamızın da formasını geyinən hücumçu ilə 1 illik müqavilə imzalanıb.