adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Iyun 2018 14:45
8350
HADİSƏ
A- A+

Həmyerlisini şantaj edən şəxs tutulub

İyunun 13-də Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Q.Əlibabayev həmyerlisi Mürşüd Məmmədovun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 1000 manat pul verməsini tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a bildiriblər ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Görülmüş tədbirlərlə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb. Şəhər polis şöbəsində araşdırma aparılır.