Faiq QİSMƏTOĞLU: SERTİFİKAT OYUNU

FAİQ QİSMƏTOĞLU
54166 | 2018-06-14 13:27

… Bu sertifikat ki, var,çox qəliz, həm də qaranlıq bir şeydi. O qaranlıq ki, bir sertifikatla heç də hərhansı işin üstünə işıq salmaq mümkün deyil. İşıq sala bilər ha, amma işıq salandagörürsən ki, sertifikat almış məhsul heç də orda yazılanda olduğu kimi keyfiyyətlideyil: nə dadı var, nə də tamı! Amma noolsun, istənilən məhsula iki daşın arasındasertifikat düzəldirlər və o sertifikat da lap daşdan keçər. Kimin ağzı nədi ki, sertifikat olandan sonra ona bir söz desin. Yəni desin ki, bu məhsul keyfiyyətsizdi.O sözü deyənin sertifikat verənlər ağzını cırıb qoyarlar qulağının dibinə və qalarağızsız…

… Bir ara da dedilər ki, balam, Tiflisdə çox yaxşı bir şeyvar. Yəni kimin dədə-babası bəy olubsa, gedib ordan arxivdən çıxarda bilər. Səhveləmirəmsə, bizimkilər də burda bir «Əsilzadə» Cəmiyyəti yaratdılar. Və o «Əsilzadə»Cəmiyyəti də kim ona görüm-baxım eləyirdisə, bığını yağlayırdısa, bir arayış verirdiki, bəs filankəsin babası bəy olub. Və bu adam da bəy nəslindədi. Hansı ki, sovethökumətinin kəshakəs vaxtında bu arayışı alanlar tərcümeyi-hallarında yazırdılarki, ataları, babaları fəhlə-kəndli nəslindəndi. İndi o hökumət dağılıb gedəndənsonra bax, beləcə arxivlərdən kimlər isə sənəd çıxartdırır, babalarının bəy olmasıilə yerə-göyə sığmırlar…

… Təkcə var-dövlət bəylikləölçülmür. Ola bilər o bəyin varı, dövləti, ilxısı, torpağı çox olub. Bəylik dədə-babadanbizim millətdə mərdliyiylə, qüruruyla, səxavətilə ölçülüb. Necə ki, «Yeddi oğulistərəm»də Gəray bəy var, «Axırıncı aşırım»da Kərbəlayi obrazı yaradılıb, «DəliKür»də Cahandar ağanı görürük, bax, onların xarakteri, qüruru, mərdliyi və şəxsiyyətibəylikdən xəbər verir. Gəray bəy son nəfəsində də Sovet hökumətinə əyilmir və əsl bəy kimi komsomolgülləsilə deyil, başına sıxdığı öz gülləsilə həyatına son qoyur. Halal olsun, həmİsmayıl Şıxlıya, həm Fərman Kərimzadəyə, həm də Yusif Səmədoğluna! Ki Sovet hökumətininkəshakəs vaxtında, bütün senzuraların sərt qadağaları məqamında belə bəy obrazınıssenariləşdirə və filmə çəkdirə biliblər.

İndi qayıdaq yenə sertifikatməsələsinə. Axı dedik, bu sertifikat var ha, çox qəliz məsələdi. Məsələn, bir ilbundan qabaq Səhiyyə Nazirliyi bütün həkimləri və tibb işçilərini imtahandan keçirdivə onlara sertifikat verdi. Görəsən, o imtahandan keçirənlər and içə bilərlərmibu sertifikat verilməsi tam şəffaflıq şəraitində olub? İmanımızı yandıra bilmərik,ola bilər bir-iki nəfər bu mərhələni keçməyi bacarıb. Amma böyük əksəriyyət onuhansı yolla keçib, bunu bir özləri bilər, bir də Allahları. Çünki bizim məmləkətdəhər hansı bir şey həyata keçiriləndə öncə şəxsi maraqlar irəli çəkilir. Və bu şəxsimaraqlar təmin edilə bilirsə, deməli, həmin adamın işi yağ kimi gedəcək.

Deyirlər ki, indi də müəllimlər«Təhsil haqqında» Qanuna görə sertifikat almalıdılar. Bax, bunu başa düşmək olmur.Bu yazıq müəllimləri nə qədər sınağa, imtahana çəkmək olar? Hər hansı müəllim qəbulimtahanı verib ali məktəbdə oxuyub. Sonra dövlət imtahanı verib diplom alıb və gəlibtəhsil müəssisəsində işləyib. Həftə səkkiz, mən doqquz müəllimlər ordusunu sınağaçəkmək bizcə heç də indiki çətin iqtisadi durumda bir o qədər də yaxşı deyil.

Azərbaycan müəllimlərininhamısı bir il bundan əvvəl və bir az da ondan artıq müddətdə diaqnostik qiymətləndirmədənkeçib. Və bu qiymətləndirmə zamanı da kimlərin savadının nə dərəcədə olduğu TəhsilNazirliyinə çox yaxşı bəllidir. İndi durub bu iki daşın arasında yenidən diaqnostikqiymətləndirmədən keçmiş müəllimləri imtahana çəkmək nə dərəcədə obyektivdir?

Bizim də müəllimlərimizolub. Mənim müəllimlərimin əksəriyyəti dünyalarını dəyişiblər. Allah onlara rəhməteləsin! Amma onların arasında cəmi bir müəllimim – Həqiqət Rzayeva yaşayır və bugün təqaüddədi. Rəhmətə gedən müəllimlərimin hamısını çox vaxt yuxumda görürəm.Çünki o müəllimlər bizim üzərimizdə valideynlərimizdən sonra yarpaq kimi əsiblərvə bizim adam olmağımıza ömür xərcləyiblər. Loru dildə demiş olsaq, bizim yolumuzdasaçlarını ağardıb xəstəlik tapıblar. Belə gözəl müəllimlər respublikamızın hər yerindəvar. Axı bu müəllimlər nə maaş alır ki, onların da yeyib-içdiyini burunlarındantökmək istəyirlər.

Zarafat deyil ey, biz evdəuşaqlarımızla, nəvələrimizlə bir-iki saat bir yerdə olanda əsəbimiz yerindən oynayır, tarımaçəkilir. Bəs onda 6-7 saat dərs deyən, ömürlərini övladlarımıza xərcləyən müəllimlərneyləsinlər? Axı onların da əsəbləri, ailələri var, bu çətin zəmanədə min cür problemləryaşayırlar. Bir-iki dələduz məktəb direktoru qaz vurub qazan dodurursa, bu o deməkdeyil ki, on minlərlə müəllim ordusu kef eləyir. Onlar bayaq dedim ki, bizim övladlarımıza az məvaciblə təhsil verir, tərbiyə verir, vətənpərvərliköyrədir. Bax, biz o müəllimləri incitmək yox, əllərindən öpməliyik. O müəllimlərki, onlar namusla, vicdanla bu peşəyə sadiqdilər.

O günü saytların birindənoxudum ki, hansısa məktəbdə pul yığılır,nə bilim müəllimə kömək gösrərilir. Uzaq başı, hansısa valideyn bir-iki manatbir tədbirə pul verə bilər. Bunu elə qışqır-bağırla deyirlər ki, sanki müəlim dünyanıdağıdıb. Axı, müəllimin üstünə bu qədər də getmək olmaz… Axı müəllimi bu qədər dəaşağılamaq Allaha ağır gedər… Müəllimə, özü də yaxşı müəllimə, vicdanlı müəllimədiqqət və qayğı lazımdı. Bir-iki təsadüfi müəllimə görə, on minlərlə müəllim ordusunaqiymət vermək düzgün deyil. Ən azından onagörə ki, namuslu və vicdanlı müəllimlər həmişə şagirdlərinə öz balaları kimi yaxınlaşıblar.

İndi də müəllimlərin sertifikasiya olunması xəbəri sözündüzü məni bir ziyalı olaraq çox narahat edir. Çünki hər bir bu cür sınaq yeni birstress, yeni bir gərginlik, yeni bir əsəb deməkdi. Onsuz da diaqnostik qiymətləndirmə hər şeyi güzgü kimi ortaya qoyub. Yüksək nəticəəldə edənlərin əmək haqqı artırılıb. Gəlin bunu o müəllimlərin burnundan tökməyək.Ona görə ki, əgər yenidən imtahanlar keçirilsə, heç kim zəmanət verə bilməz ki,bu sertifikasiya zamanı tam şəffaflıq olacaq. Çünki bizdə həmişə bir yenilik olanda,həmişə onun içində bir qaranlıq oyunlar da özünü göstərib. Yəni kimlərsə suyu bulandırıbvə orda, yəni bulanıq suda balıq axtarıblar.

Bu məsələ ilə bağlı millətvəkili Vahid Əhmədov da öz narahatlığını bildirib. Hörmətli millət vəkili qeyd edib ki, onsuz da müəllimlər diaqnostik qiymətləndirməzamanı stress, gərginlik keçiriblər. Yenidən onların sertifikasiya olunması, əsəbləringərilməsi və kimlərinsə çətin vəziyyətə düşməsi deməkdir.

Millət vəkilinin fikrinə qüvvət olaraq demək istəyirik ki, diaqnostikqiymətləndirmə zamanı bir çox yaşlı və xəstə müəllimlər stress yaşadılar, onlarınxəstəliyi bir az da ağırlaşdı. İndi güc-bəlayla bu yaşlı və xəstə insanlar sağlamlaqılarınıbərpa ediblər. Əgər sertifikat imtahanları keçirilsə, görün onda stress keçirmişxəstə müəllimlər yenidən hansı həyəcanlı anlar yaşayacaq və hansı duruma düşəcəklər.Özü də deyirlər ki, bu sertifikat verilməsi məsələləri beş ildən bir yenidən təkrarlanmalıdı.Yəni beş ildən bir hər bir müəllim imtahandankeçməli, sertifikat almalıdı. Bax, məsələnin də ən qaranlıq və qəliz yeri bundanibarətdir.

On minlərlə müəllim ordusunuincitmək, stress içinldə yaşatmaq yox, onlara arxa durmaq, kömək olmaq, söykək lazımdı.Və həm də ürəyimiz ona görə ağrayır ki, bu gün cəmiyyətdə müəllimlərə münasibətheç də birmənalı deyil. Çünki bəzi üzdəniraq bir-iki dələduz direktor Azərbaycanmüəlliminin fəaliyyətinə və şərəfinə ləkə gətirib. Müəllimləri imtahandan keçirməkyox, bu gün çoxlu sayda yerində olmayan və ancaq pul qazanmaq haqqında fikirləşənməktəb direktorularını o kreslodan uzaqlaşdırmaq lazımdı. Onlar məktəbə təhsil müəssisəsikimi yox, kommersiya mağazası kimi baxırlar.

Bilmirəm, bizim qələmə aldığımızfikirlər və düşüncələr kimlərinsə xoşuna gələcək, yoxsa gəlməyəcək? Biz sadəcə olaraq, cəmiyyətin içindəkinarahatlığı və stresi oxucularımızın diqqətinə çatdırırıq. Bizimki deməkdi, yuxarıqurumların da vəzifəsi əgər dediyimizdə həqiqət varsa, onun üstünə işıq salmaqdı.Yoxsa müəllimləri həftə səkkiz, mən doqquz sınağa çəkməklə kimlərsə istəyinə nail olsalar da, sadəcə olaraq, bu peşəninüstünə kölgə sala bilərlər…

TƏQVİM / ARXİV