Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi tikiləcək
Azərbaycan Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi inşa edəcək.
Adalet.az xəbər verir ki, bunu Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda keçirilən seminarın ikinci günündəki çıxışında deyib
S.Qaralov bildirib ki, yeni sərhəd keçid məntəqəsi Ağstafa rayonunun Sadıxlı kəndinin ərazisində yerləşəcək və Asiya İnkişaf Bankının dəstəyi ilə inşa olunacaq: "Yeni sərhəd keçid məntəqəsi bütün xidmətləri əhatə edəcək. Buradan həm piyada, həm də minik və yük avtomobilləri istifadə edəcəklər".
Komitə rəsmisi, bildirib k, dövlət qurumları bu məsələ ilə bağlı artıq razılıq veriblər: "Yeni sərhəd keçid məntəqəsinin inşa edilməsi Azərbaycanla Gürcüstan arasında yerləşən "Sınıq körpü” sərhəd keçid məntəqəsindəki sıxlığı 40 faiz aradan qaldıracaq".
Digər Xəbərlər
25 Aprel 2024 16:43
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
25 Aprel 2024 16:35İlham Əliyev və Sadır Japarov birgə nahar ediblər
25 Aprel 2024 15:27Dünənki "ağlaşma " farslarla fransızlar qalib olub: Saxtakarların göz yaşları
25 Aprel 2024 15:06Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
25 Aprel 2024 14:51