adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
14 Iyun 2018 13:16
14270
KRİMİNAL
A- A+

Gürcüstan vətəndaşı Bakıda cinayət törətdi

İyunun 12-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini G.Quliyevaya zor tətbiq edib içərisində 150 manatı, mobil telefonu, şəxsiyyət vəsiqəsi və kosmetik əşyaları olan çantasını alıb qaçıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Elşən Hüseynov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.