Adalet.az | İlham Əliyevin Belarusa səfəri planlaşdırılır Adalet.az | İlham Əliyevin Belarusa səfəri planlaşdırılır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

İlham Əliyevin Belarusa səfəri planlaşdırılır

4128    |   2018-06-14 11:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin xarici işlər naziri Vladimir Makey ilə görüşüb.

Səfirlikdən Adalet.az-a daxil olan məlumata görə, görüş Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar təşkil edilib.

Səfir Lətif Qəndilov ötən müddət ərzində iki ölkə arasında münasibətlərin inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsinə çatdığını söyləyib. Bildirib ki, Azərbaycan və Belarus prezidentlərinin dostluq münasibətləri sayəsində ölkələr arasında əlaqələr daha da genişlənir. İki xalq qardaşlıq və dostluq münasibətlərini bundan sonra da inkişaf etdirəcək. Azərbaycan ilə Belarus arasında ticari-iqtisadi əməkdaşlıq əlaqələri iqtisadi kooperasiya və əmək bölgüsü istiqamətlərində inkişaf edir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün istifadə olunmamış ehtiyatlar çoxdur.

Lətif Qəndilov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı Belarusun ədalətli mövqeyini yüksək qiymətləndirib, Belarus dövlətinə, xüsusən Prezident Aleksandr Lukaşenkoya dərin minnətdarlığını bildirilib.

V.Makey Azərbaycan ilə münasibətlərin Belarus üçün xüsusi önəm daşıdığını vurğulayıb. O, iqtisadi əlaqələrin genişlənməsini müsbət qiymətləndirərək, Minskdə Azərbaycan Ticarət Evinin (ATE) fəaliyyətindən razılığını bildirib və ATE-də Azərbaycanın aparıcı şirkətlərinin təmsil olunmasının vacibliyini söyləyib. Nazir Belarusun çətin günlərində Azərbaycan tərəfindən göstərilən köməkliyi yüksək dəyərləndirərərk bunun heç vaxt unudulmayacağını vurğulayıb.

Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin payız aylarında Belarusa planlaşdırılan rəsmi səfəri ilə bağlı fikir mübadiləsi aparılıb.

Lətif Qəndilov Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar səfirlik tərəfində xüsusi gümüş nişan buraxıldığı və 25 illik tarixi əks etdirən kitabın çapa hazırlandığı barədə V.Makeyə məlumat verib. Vurğulayıb ki, 25 il ərzində iki ölkə arasında böyük tarix yazılıb və bu tarixi gələcək nəsillərə çatdırmaq çox vacibdir. Sözügedən kitaba 25 illik dövrü əhatə edən fotoşəkillər, təbrik məktubları və ölkələr arasında imzalanmış sənədlər daxil ediləcək. V.Makey səfirliyin təşəbbüsünü dəstəkləyərək gələcək fəaliyyətində uğurlar arzulayıb.



İmza:
SON XƏBƏRLƏR
2018-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK