adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Iyun 2018 10:49
17797
KRİMİNAL
A- A+

Borca görə axtarılan 54 nəfər saxlanılıb

İyunun 13-də ölkədə 124 cinayət faktı qeydə alınıb, onların da 26-sı "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 84 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 9 nəfər, borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.