Adalet.az | Tramp İlham Əliyevə məktub göndərib Adalet.az | Tramp İlham Əliyevə məktub göndərib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Tramp İlham Əliyevə məktub göndərib

8454    |   2018-06-13 18:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Adalet.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident!

Ramazan bayramı münasibətilə Melania və mən Amerika xalqı adından Sizə və Azərbaycan xalqına təbriklərimizi çatdırırıq.

Ramazan ayının başa çatmasını qeyd etdiyimiz bir vaxtda, biz qonşulara yardım etmə və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmə kimi İslam dininin ədalət və mərhəmət hisslərinə sadiqliyindən qaynaqlanan müqəddəs bir ənənəni yad edirik. Bu bayram dostluqda bir-birinə dəstək olmaq və hər kəsin öz potensialını tam gerçəkləşdirə biləcəyi bir cəmiyyət qurmaq məsuliyyətini xatırladır.

Birləşmiş Ştatlar ölkəmizə mühüm töhfələr vermiş və silahlı qüvvələrimizdə ləyaqətlə xidmət etmiş amerikalı müsəlmanlar da daxil olmaqla müxtəlif etiqad sahiblərinin vətənidir.

Bu əlamətdar bayram münasibətilə qarşıdan gələn ildə bütün müsəlmanlara cansağlığı və firavanlıq arzulayıram.

Ramazan bayramınız mübarək olsun!"




İmza:
SON XƏBƏRLƏR
2018-08-19
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK