warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | İki nazirlik anlaşdı: Vergi yığımına nəzarət gücləndirilir Adalet.az | İki nazirlik anlaşdı: Vergi yığımına nəzarət gücləndirilir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

İki nazirlik anlaşdı: Vergi yığımına nəzarət gücləndirilir

7562    |   2018-06-13 17:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün "17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika” və "8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgiləri çərçivəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında iki razılaşma protokolu imzalanıb.

Vergilər Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, vergilər naziri Mikayıl Cabbarov və nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin imzaladığı protokollar avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar istisna olmaqla sərnişin və yük daşımaları sahəsində vergilərin yığılması və mobil cihazların qeydiyyata alınması ilə bağlı əməkdaşlığı müəyyən edir.

Avtomobil nəqliyyatına aid razılaşma protokolunun imzalanmasında əsas məqsəd müasir informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, eyni zamanda vergilərin tam həcmdə və vaxtında yığılmasının təmin olunması sahəsində iki dövlət orqanı arasında əməkdaşlığın genişləndirilməsidir.

Digər protokol isə fərdi qaydada və gömrük bəyannaməsini təqdim etmədən fiziki şəxslər tərəfindən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasını və bu prosesə birgə nəzarət mexanizmlərini, habelə bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət istiqamətlərini müəyyən edir.

Protokolların imzalanması mərasimində bildirilib ki, qeyd olunan sahələr üzrə birgə əməkdaşlıq səmərəliliyin artırılmasına xidmət edəcək.



İmza:

Əlövsət Ağalarov: "it sürüsü qaçmağa başladı..."

Ordumuzun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir - VİDEO

"Azərbaycan Dəmir Yolları": Bakı şəhərətrafı dəmir yolu xəttində elektrik qatarları...

“Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu” keçirilir

Azərbaycanda xarici ticarət fəaliyyəti ilə bağlı qaydalar dəyişdi

“HAVA YOLLARININ” HAVAYI TORPAQ ZƏBTİ

QARABAĞ ƏLİLİNƏ 3 SOT TORPAĞI DA ÇOX GÖRÜRLƏR

Prezident İlham Əliyev Zurab Seretelini “Dostluq” ordeni ilə təltif edib

Dövlət Reklam Agentliyində Apellyasiya Şurası yaradılıb

"Madonnanın çıxışında masonluq və satanizm işarələri" - Murad Arifdən AÇIQLAMA

Mehriban Əliyevadan Ramazan ayı ilə bağlı xoş arzular

Ziyad Səmədzadə: "İctimai şuralar kiçik və orta biznesin maliyyə bazarlarına..."

SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK