ANA SƏHİFƏ / SAĞLAMLIQ

Saatlıda zəhərlənən 8 pambıqçı hələ də xəstəxanadadır - 1-i kişi, 7-si qadındır

4888    |   2018-06-13 17:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Saatlı rayonunun Simada kəndində baş vermiş zəhərlənmə ilə Bakı Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə yerləşdirilən xəstələrin vəziyyəti qənaətbəxşdir.

Bu barədə şöbə müdiri Azər Maqsudov məlumat verib.


O bildiribki, xəstələr daxil olarkən də vəziyyətləri stabil olub:

"İlk 4 nəfər və ikinci 4 nəfər də xəstəxanaya qəbul olunarkən həyati təhlükələri olmayıb. Onların heç birində klinki zəhərlənmə əlamətləri yoxdur. Xəstələrdə simptomatik şikayətlər, ürəkbunalnması kimi narahatlıqlar olub. Göndəriş kimi onların Bakıya göndərilməsinə ehtiyac yox idi, amma hər ehtimala qarşı tədbirli davranılaraq xəstəxanamıza gətiriliblər. Qandan götürülən nümunələrdə zəhərlənmə yoxdur, xəstələr həkim nəzarətindədirlər. Yaxın günlərdə evə buraxılacaqlar”.

A.Maqsudovun sözlərinə görə, hazırda Toksikologiya şöbəsində müalicə alan xəstələrdən biri 17 yaşlı oğlan, 7-si 29-30-35 yaşlarında qadınlardır”.

Baş Prokurorluğun yaydığı məlumata görə, 10 iyunda saat 19:30 radələrində Saatlı rayonunun Simadakənd kəndi ərazisində fermer Lətif Xəlilova məxsus torpaq sahəsində əkilmiş pampıq tarlasında işləyən 24 nəfər zəhərlənib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan müvafiq qaydada maddi sübut kimi götürülüb, iş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin edilib.(modern.az)




İmza:

Qocalmaq istəməyənlər üçün 5 sadə içki

Gün ərzində nə qədər çörək yemək olar?

Yuxularınız sizin haqqınızda bunları deyir

Nazirlik mədəkiçiltmə əməliyyatından sonra ölən şəxslə bağlı araşdırma aparır

Bakıda həyati təhlükə törədən heyvan ətlərinin satışına görə 6 nəfər həbs edilib

Londonda Azərbaycan Milli Onkologiya Mərkəzinin xərçəng xəstəliyi ilə mübarizə üsulları müzakirə edilib

Qulaqcıq sağlamlıq üçün TƏHLÜKƏDİR

Beyin hüceyrələrini məhv edən səbəblər...

Azərbaycanda qeysəriyyə əməliyyatı etdirən qadınların sayı pik həddə çatdı

Azərbaycanda əhali arasında qriplə bağlı epidemioloji monitorinq gücləndiriləcək

Azərbaycanda yayılan qrip virusudur? - Baş infeksionist CAVAB VERDİ

Böyrək daşlarına qarşı xalq təbabəti respetləri

SON XƏBƏRLƏR
2018-10-20
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK