Adalet.az | Mətbuat Şurasında şikayətlərə baxıldı Adalet.az | Mətbuat Şurasında şikayətlərə baxıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Mətbuat Şurasında şikayətlərə baxıldı

8222    |   2018-06-13 16:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

Adalet.az xəbər verir ki, toplantını açan MŞ sədrinin müavini, komissiya sədri Müşfiq Ələsgərli gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Öncə Beyləqan rayon Təhsil Şöbəsinin bir qrup əməkdaşının "cianews.info” saytına qarşı şikayətinə baxılıb. Komissiya üzvləri rəyə gəliblər ki, məsələnin daha detallı araşdırılmasına ehtiyac var. Belə ki, "cianews.info” xəbər saytı özü faktiki fəaliyyət göstərsə də, üzərində əlaqə nömrələri, rekvizitləri yoxdur. Bu isə KİV haqqında qanunvericiliyə ziddir. Bu sayt ilə əlaqədar digər məqamlar da nəzərdən keçiriləcək.

Gündəlikdəki ikinci məsələ "Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyevanın bir qrup saytlara qarşı müraciəti olub. Komissiya üzvləri rəyə gəliblər ki, şikayətçi tərəf öz şikayətini əsaslandırmaq üçün yetərli arqument gətirə bilməyib. Belə ki, xəbər saytları onun cəmiyyətdə narazılıq doğuran və inanclı insanların təhqiri kimi qarşılanan açıqlamasını faktiki olaraq ictimaiyyət üçün açıq etdiyi çıxışına istinadla yayıblar. Həmçinin, sonradan, onun üzrxahlığını da dərc ediblər. Bu baxımdan KİV-lər məsələyə görə məsuliyyət daşımırlar.

Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi Könül Şahmalı qızı Abbasovanın "xeberekspress.az” saytının keçmiş əməkdaşı Akif Cəfərova, "doğruxeber.az” və digər saytlara qarşı şikayətinə baxan komissiya üzvləri qərara gəliblər ki, məsələ daha geniş kontekstdə MŞ-nin "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılsın.

Bakı şəhər sakini Allahverdi Mirzəyevin "Dəryaz.az” saytına qarşı müraciətinin müzakirəsi zamanı rəyə gəlinib ki, xəbər saytı Peşə davranış qaydalarının balans və oyektivlik prinsipini pozub. Sayta xəbərdarlıq edilib.




İmza:
SON XƏBƏRLƏR
2018-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK