adalet.az header logo
  • Bakı 20°C
13 Iyun 2018 16:22
18324
KRİMİNAL
A- A+

Gömrükdə 5 tona yaxın narkotik aşkar edilib

"2016-cı ildən bu günə qədər gömrük sahəsində 19 min 346 hüquq pozuntusu halı aşkarlanıb. Onların əksəriyyəti inzibati xətalardır”

Bunu Dövlət Gömrük Komitəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin rəis müavini Güloğlan Muradlı "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda keçirilən seminarda deyib.

G.Muradlı qeyd edib ki, Komitə bu ilin ilk 5 ayı ərzində 4 ton yarıma yaxın narkotik maddənin qanunsuz dövriyyəsinin qarşısını alıb: "Bunun 1,87 tonu yarımsintetik narkotik vasitə hesab edilən heroin olub. 1 kq heroindən 10 min doza əldə edilə bilər. Bu isə 3-4 milyon insanı narkotik maddə istifadəçisinə çevirə bilər. Hazırda ölkədə rəsmən 30 mindən çox narkotik vasitə istifadəçisi var. Amma real rəqəmin 6-10% çox olduğu bildirilir".

G.Muradlı insanların qanunsuz narkotik vasitə dövriyyəsi üçün ağlagəlməz daşınma vasitələrindən istifadə etdiklərini də vurğulayıb.