warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | UNEC təmsilçiləri iki yüzdən çox məktəbə səfər ediblər Adalet.az | UNEC təmsilçiləri iki yüzdən çox məktəbə səfər ediblər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

UNEC təmsilçiləri iki yüzdən çox məktəbə səfər ediblər

10442    |   2018-06-13 15:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

UNEC-in professor-müəllim heyəti Azərbaycanın 200-dən çox məktəbinə səfər edib.

Adalet.az xəbər verir ki, yuxarı sinif şagirdlərinə UNEC barədə məlumat vermək, onlara ixtisas seçimində dəstək olmaq məqsədilə keçirilən görüşlər Bakı, Göyçay, İsmayıllı, Quba, Şabran, Zaqatala, Siyəzən, Qəbələ, Şəki, Ağdaş və Mingəçevirin qabaqcıl məktəblərində keçirilib.

Professor müəllim heyəti yuxarı sinif şagirdlərinə regionun ən böyük iqtisadyönümlü və Azərbaycanın 4 dildə təhsil verən yeganə ali təhsil müəssisəsi olan UNEC barədə ətraflı məlumat verib. Bildirilib ki, UNEC-ə qəbul DİM-in təşkil etdiyi test imtahanları ilə yanaşı, beynəlxalq SAT proqramı vasitəsilə də həyata keçirilir. Abituriyentlərin diqqətinə çatdırılıb son iki ildə II ixtisas qrupu üzrə ən yüksək bal toplayanlar məhz UNEC-i seçib.

Görüşlərdə yalnız UNEC-də tətbiq edilən yeniliklər də səsləndirlib. Qeyd edilib ki, 600-dən yüksək bal toplayaraq UNEC-ə qəbul olan tələbələrə bir semestr boyunca xüsusi təqaüd verilir. Bundan başqa, imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə ikinci əlaçı təqaüdü verilir. UNEC Avropanın ən nüfuzlu iqtisadyönümlü ali məktəbi olan London Universiteti/London İqtisad Məktəbi və Fransanın Montpelye Universiteti ilə ikili diplom proqramı həyata keçirir. UNEC-in tələbəyə verdiyi üstünlüklərdən biri də UDİD proqramı ilə 4 ilə 2 ixtisasa sahib olmaqdır.

Məktəblilərə abituriyentlər arasında çox populyar olan "UNEC-də bir gün” layihəsi barədə də məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində bu tədris ilində Bakı, Sumqayıt, Mingəçevir, Lənkəran, Quba, Şirvan, Zaqatala və Xaçmazla birlikdə 60-dan çox məktəbin 1000-ə yaxın şagirdi UNEC-in "bir günlük tələbə”si olub.

Görüşlərdə UNEC-in tanıtım videoçarxı nümayiş etdirilib, məlumat kitabçaları paylanıb.

Qeyd edək ki, daha öncə UNEC-in professor-müəllim heyəti Gürcüstandakı Azərbaycan məktəblərinə də səfər ediblər.




İmza:

II və III qruplar üzrə imtahanların nəticələri açıqlanacaq

DİM məktəb rəhbərlərinə müraciət edib

XI siniflərin buraxılış imtahanlarının nəticələri açıqlandı

ADU tələbələrinin ifasında “Leyli və Məcnun” operası səhnələşdirilib

BANM Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə memorandum imzaladı

Azərbaycanda peşə məktəblərində oxuyanlara dərsliklər pulsuz veriləcək

Bir neçə universitetin prorektoru dəyişdirilib - SİYAHI

Dillər Universitetində “Bahar günü” festivalı keçirilib

“Qadınlara Gender Əsaslı İqtisadi Dəstək” layihəsinin icrasına başlanılıb

Ali məktəb tələbələrinə ŞAD XƏBƏRİMİZ VAR!

Bu il Azərbaycanda orta məktəbi neçə şagird bitirir?

Məktəblərə nəzarətin güclənməsi üçün yeni tələb qoyulacaq

SON XƏBƏRLƏR
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK