adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Iyun 2018 15:38
20185
KRİMİNAL
A- A+

Sumqayıtda parkda zorakılıqla öldürülən kişi meyiti tapıldı

İyunun 8-də saat 8 radələrində Sumqayıt şəhəri 41-ci məhəllənin ərazisindəki parkda Neftçala rayon sakini Emil Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Abbasov saxlanılıb.