warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | İnsan alveri ilə bağlı maarifləndirmə turuna start verilib Adalet.az | İnsan alveri ilə bağlı maarifləndirmə turuna start verilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

İnsan alveri ilə bağlı maarifləndirmə turuna start verilib

7663    |   2018-06-13 15:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə maarifləndirmə turuna start verir. Bu məqsədlə "Xaricə getmək istəyənlər üçün təhlükəsizlik bileti” adlı maarifləndirmə turu barədə tədbir təşkil edilib.

Görüləcək işlər barədə məlumat verən İctimai Birlik sədri, eləcə də layihə rəhbəri Gülayə Səfərova qeyd edib ki, tədbirlər planının əsas məqsədi insanları maarifləndirmək, onları həm ölkə daxilində, həm də ölkədən kənarda təhlükəsizliyinin təmin olunması üçün səfərbər etməkdir. Layihə rəhbərinin sözlərinə görə, son vaxtlar insan alveri məsələsi qlobal problemə çevrilib və bu bəla Azərbaycandan da yan keçmir. İnsan alveri dedikdə burada vətəndaşların müxtəlif yollarla təhsil, iş adı ilə başqa ölkələrə aparılması, onların həm cinsi, həm də əməyinin istismar olunması, orqan transplantasiyası qurbanına çevrilmək riski kimi başa düşülməliidr. Gülayə Səfərova vurğulayıb ki, layihənin qayəsi də, insanları baş verə biləcək hər hansı təhlükəyə qarşı təlimatlandırmaqdır. Bu səbəbdən xaricə gedən şəxslərin daha çox nəyi bilmələri, hansısa problem olduqda necə davranmaları, hara müraciət etmələri, şəxsi sənədləri qoruması vacib və bilməli olduğu məsələlərdir.

İctimai birlik sədri qeyd edib ki, maarifləndirmə layihəsi çərçivəsində sərhəd-gömrük keçid məntəqələrinə yaxın rayonlara Qusar, Biləsuvar, Qazaxa bir qrup könüllülər ilə birgə turlar təşkil olunacaq. Gənclər həmin ərazidə insanları layihənin məqsədi ilə tanış edəcək və təlimatlandırıcı bukletlər paylayacaqlar.

Daha sonra çıxış edən DİN-nin insan alverinə qarşı mübarizə üzrə QHT koalisiyasının sədri Mahirə Əmirhüseynova da vurğulayıb ki, xüsusiylə qızlarımızın əcnəbilərlə ailə qurmaq arzuları , gənclərin xaricdə təhsil almaq və ya yaşamaq istəkləri çox halda onların həyatını təhlükə ilə üz-üzə qoya bilər. Bu səbəbdən valideynlərin də övladları üzərində nəzarəti vacibdir.

Ardınca çıxış edənlər Səhiyyə Nazirliyinin əməkdaşı Nüşabə Səlimova, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev, Mədəniyyət Nazirliyinin təmsilçisi Məftunə Qulamova və başqaları da mövzunun aktuallığını və vətəndaş cəmiyyətinin təbliğat kampaniyasında aktiv iştirakının vacibliyini qeyd ediblər.




İmza:

Avroliqanın finalı ilə bağlı 39 təcili yardım briqadası ayrılıb

"Bakının gözəlliyindən böyük zövq aldım" - MÜSAHİBƏ

Azərbaycanda 52 min 807 orta tibb işçisi var

Bakıda 26 tələbə üzərində cərrahi əməliyyat aparılıb

Siz şəkildə səhiyyə naziri Oqtay Şirəliyevi görürsüz

Azərbaycan səhiyyəsində İLK: xəstələrə xüsusi qolbaq paylanıldı

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Astarada xeyriyyə aksiyası keçirir

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

Hamilələr və süd verən analar oruc tuta bilərmi? - ŞƏRTLƏR

Şəki-Zaqatala bölgəsində 3708 nəfər onkoloji müayinədən keçirilib

Şəki- Zaqatala bölgəsində profilaktik müayinələr aparaılır

Hindistana səfər etmək istəyənlərə XƏBƏRDARLIQ olundu - "Donuz qripi" var

SON XƏBƏRLƏR
2019-05-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK