Cocuq Mərcanlıda bu il "son zəng" keçirilməyəcək
"Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbində 11-ci sinif olmadığı üçün bu il "son zəng" keçirilməyəcək”
Adalet.az xəbər verir ki, bu barədə AzVision.az-a Cocuq Mərcanlı kənd məktəbinin direktoru Zamin Həziyev bildirib. O, deyib ki, bu il yalnız IX sinif üzrə 4 şagirdin buraxılışı olacaq.
"İkinci köç gec başladığı üçün Bakı və Bilsəvurda oxuyan 11-ci sinif şagirdləri bizim məktəbə gələ bilmədilər. Artıq sabah dərslər bağlanır və onlar oxuduqları məktəblərdə "Son zəng”i keçirəcəklər. Hazırda 100 evə köç davam edir. Həmin ailələrdə olan təxminən 50-dən çox şagird 2018-2019-cu tədris ilində bizim məktəbdə təhsillərini davam etdirəcəklər”.
Z.Həziyev yeni tədris ilində 6 şagirdin birinci sinifə gələcəyini qeyd edib.
Digər Xəbərlər
24 Aprel 2024 14:10
Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək
24 Aprel 2024 13:27“Təhsil haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
23 Aprel 2024 18:53Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Aprel 2024 16:57Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
23 Aprel 2024 16:28