ANA SƏHİFƏ / MƏMLƏKƏT

60-a yaxın ailə Cocuq Mərcanlıya köçürülüb

6277    |   2018-06-13 13:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyunun 1-dən bu günə qədər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə ikinci köç zamanı 60-a yaxın ailə köçürülüb.

Bu barədə  Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov məlumat verib. Onun sözlərinə görə, hər gün 3-4 ailə kəndə qayıdır.

"Proses davam edir, hər gün 3 və ya 4 ailə evlərinə yerləşdirilir. Köçürülən ailələr əsasən Bakıdan və Biləsuvardan gələnlərdir. Uşaqları dərsə gedən valideynlər dərs ilinin başa çatmasını və imtahanları gözləyirlər. Bilsəvur rayonunda məskunlaşan məcburi köçkünlər isə əkin sahələrində arpa, buğda biçini ilə məşğul olduğu üçün hələ gəlməyiblər. Onlar da yaxın zamanlarda gələcəklər”, - deyə icra nümayəndəsi bildirib.

Qeyd edək ki, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb.(azvision.az)




İmza:
SON XƏBƏRLƏR
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi iri supermarketdə alıcı qadınlardan birinə yaxınlaşır:
- Bağışlayın,mən buralarda həyat yoldaşımı itirmişəm. Sizin köməyiniz lazımdı, mənə beş dəqiqə vaxt ayıra bilməzsiniz?
- Necə?!
- Bilirsiniz ,gəlin bir az söhbət eləyək ,sınamışam ,mən nə vaxt qəşəng qadınla söhbət eləmişəm ,mənim yoldaşım tez tapılıb. Qəfil hardansa üzə çıxıb ,başıalovlu kimi bizə yaxınlaşıb...




digər lətifələr
ARXİV
FACEBOOK