Əbülfət MƏDƏTOĞLU: NAXÇIVANDA AÇDIĞIM SƏHƏR - BEŞİNCİ YAZI

ƏBÜLFƏT MƏDƏTOĞLU
52976 | 2018-06-13 13:22

Arpaçayın sahilində yaşadıqlarım, ürəyimdən, könlümidənkeçirdiklərim,özü-özündən qaynayan bulaq kimi bir də gördümki, misralara çevrilib. Və mən o misraları yaddaşıma yazıb üzümü Arpaçaya tutaraqelə ürəyimdəcə pıçıladım. Yəqin ki, bu pıçıltıları təkcə Arpaçay eşitdi, bir dəSaranın ruhu:


Saranıaparan çay

Yaramıqoparan çay…

Bilmirdin taparam, çay –

Sənləhesab çəkərəm?!


Dağlardansıyrılan çay

Qartaltək qıy vuran çay…

İlantək qıvrılan çay –

Sinəndənur əkərəm…


Birdə coşub daşma sən

Kükrəyəndəçaşma sən!

Sevgisəddin aşma sən –

Mənsevgidən şəkərəm…


Bəli,artıq zaman gəlib çatıb. Arpaçay da buradakı mənzərə ilə, ümümiyyətlə, bütün bu anlarla xudahafizləşməyin vaxtıdı. Belə dəedirik. Bir neçə xatirə şəkilləri çəkidirəndən sonra ovcumu Arpaçayın suları ilədoldurub elə onun öz sinəsinə səpirəm. Düşünürəm ki, bu, bizim aramızda bir təmasolacaq. Nə vaxtsa Arpaçay əllərimin, ürəyimin istisini təzələyəcək və o görüşdəmən Arpaçayla köhnə tanışlar kimi həmsöhbət olacam…

Getdiyimizo dolanbac yolla Şərura tərəf dönürük. Gəlirik ki, İbrahim müəllimi evinə, ailəsinətəqdim edib Naxçıvana qayıdaq. Burda da şair qardaşım İbrahim Yusifoğlu israrlatəkid edir:

-Bəlkə bu gecəni Şərurda qalasan? Bizim qonağımız olasan?

Birtəhərkönlünü ovudub xudahafizləşirəm. Qayıdırıq Naxçıvana. Üç dost, üç şair, üç söz adamı – Asim Yadigar,Əbülfəz Ülvi və bir də bəndəniz.

Budəfə Naxçıvana Şərurdan çıxan fərqli bir yolla qayıdırıq. Qaranlıq üzüaşağı enmişolsa da, sayrışan işıqlardan Şərurun gecə gözəllikləri də özünü ifadə edir. Burdabir gerçəyi dilə gətirmək istəyirəm…

Adətənyollarımızda gecə qaranlığında sükan arxasında oturmağa heç həvəsim olmur. Tam səmimideyirəm. Amma Şərurda, Naxçıvanda olanda ürəyimdən gəlib keçdi ki, bu yollarda sükanarxasında oturmağın öz ləzzəti var. Çünki bütün işarələr öz yerində, yollar da ki,güzgü kimi. Qaydalara əməl et və sürüb get mənzil başına. Nə isə…


Yolkənarında dayanmış bir nəfər gənc oğlan əlini qaldırır. Əbülfəz müəllim Asim Yadigaratərəf çevrilib səmimi şəkildə:

-Bəlkə bu oğlanı da götürək? Gecə vaxtı yol kənarında maşın gözləyir. Üçümüz də razılaşırıq.Həmin cavan oğlan ön oturacaqda əyləşir. Onu söhbətə tuturam. Məlum olur ki, işdənqayıdır. Təsərrüfatda ləngiyib. Dostlarım bir az da əlavə suallarla bu cavan oğlanındemək olar ki, kimlərdən, hansı ailədən olduğunu da öyrənirlər. Gəlib onların kəndinəçatırıq. Əbülfəz Ülvi maşını əyləyir. Bizimlə xudahafizləşən cavan oğlan hamımızıevinə qonaq dəvət edir. Biz də öz növbəmizdə təşəkkürümüzü bildiririk. Oğlan ərkyana:

-Düşünməyin ki, vaxtsız qonaqsınız. Şükürülər olsun ki, süfrəmiz boldu, təki sizgəlin!

Birdaha ona təşəkkür edib sürfəsinin bolluğunu, canına isə sağlıq diləyirik Tanırdan.

Naxçıvanaçatanda gecə saat 12 idi. Dostlar məni otelədüşürdülər. Əvvəldən belə razılaşmışdıq. Çünki onların evlərində qalıb əziyyət verməkistəməmişdim. Ayrılanda bir də gördüm ki, Asim müəlim əlində bir salofan torba iləmənə yaxınlaşdı. Ehtiyat badamlıdı, birdən gecə ürəyin istəyər…

Hə,bu dəqqətə artıq heç nə deyə bilmədim. Sağollaşdım səhərə qədər. Sabah ertədən,yəni səhər yeməyindən sonra görüşüb sağollaşacaqdım…

Bəli,ötən səfərimdə yazmışdım. Oxuyanların yadında olar. Naxçıvanın gecələri tamam fərqlidi. Bu gecələrə daha çox sükut hakimdi.Küçələr o qədər genişdi ki, şütüyən maşınların səsini «udur». Adamlar paytaxtdakıkimi gecə parkda, bulvarda və yaxud da məhəllədə gur səsələ, hay-küylə, bir az dabağıra-bağıra danışmır. Sənə elə gəlir ki, bu adamlar Naxçıvanın gecələrində özdünyalarına daha çox çəkilirlər. Və bu dünyanın özəlliklərini bir-birilə, yanlarındaolan kəslərlə bölüşürlər. Bu dəfə də mən həmin mənzərənin şahidi oldum. Ümumiyyətlə,adətimdi səfər etdiyim yerlərdə gecələr yatmağı günah sayıram, itirilmiş vaxt hesabedirəm. Çalışıram ki, gecənin sakitliyindən istifadə edib daha çox gəzib dolaşım,daha çox öyrənim, məlumat toplayım. Bu dəfə də elə edirəm. Oteldən düşüb ətrafıdolaşıram. Küçədəki seyrək gediş-gəliş, xüsusilə istirahət parklarındakı yaşlı adamlarınoturub söhbətləşməsi həmin o dediyim özəl dünyanın əlamətlərindən biridi. Ən maraqlıməqamlardan biri də odur ki, şəhərin bütünguşələri işıqlandırılıb, məhəllə aralarından tutmuş parklara qədər hər yerdə gurişıqlar yanır. Yəni burda yolu çaşmaq, hardasa azıb qalmaq və yaxud hansısa birçala-çuxura, qazılmış yerə düşmək qeyri-mümkündü. Üstəlik, küçələrin adları, onlarınkəsişmə nöqtələri bir-birilə elə bir formada əlaqələndirilib ki, bir dəfə keçdiyimküçəni ikinci dəfə qayıdanda buradan öncə keçdiyni dərhal hiss edirsən. Bax, məndə otelin ətrafında olan bütün yerləri, xüsusilə iki parkı xüsusi maraqla gəzibdolaşdım. Onların hər ikisində əzəmətli büstlər ucaldılmışdı. Birinci park Azərbaycanınböyük aydınlarından, ziyalılarındın biri olan siyasi xadim, yazıçı, həkim NərimanNərimanovun adını daşıyır. Parkdakı səliqə-səhmana söz ola bilməz. Necə deyərlər,sahibinin adına uyğun xidmətlərinə layiq gözəl bir park salınıb. Bir anlıq bu böyükinsanla üz-üzə dayanıram. Həyat yolunu gözlərim önünə gətirirəm, oğluna yazdığıməktubu xatırlayıram. Və sonra ikinci parka tərəf üz tuturam. Bu park Sovetlər Birliyindəiki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş və məhz bu titula görə hələsovetlər zamanından salınmış Ulu Öndərin adına salınmış parkdı. Park demək olarki, başdan-başa yaşıllığa bürünüb. Parkın içərisindəki yol döşəmələri, səkilər,onların ətrafındakı sayı-hesabı bilinməyən və müxtəlif növlü güllər-çiçəklər adamınruhunu oxşayır. Mən özümü güllər-çiçəklər ormanında hiss edirəm. Əgər qınayan olmasaydı,böyük məmnuniyyətlə o güllərin arasında oturub xəyala dalar, nələri, nələri düşünərdim.Amma açıqca görürdüm ki, güllərin özünə də özəl diqqət var Naxçıvanda. Heç kim onlarınləçəyinə də toxunmur. Burda güllər öz ömrünü, öz taleyini yaşayır…

UluÖndərin hələ sovet zamanında hazırlanmış möhtəşəm büstü məni bir anlıq tələbəlikillərinə, keçmişə çəkib aparır. Biz, yəni o dövrün adamları Ulu Öndərə SSRİ hökumətininhəmin qəhrəman adının təqdim etdiyi məqamları necə coşquyla yaşamışdıq, necə qürurduymuşduq. Bütün bunlar tarix olsa da, amma qürurverici şərəfli tarixdi…

Qəfilyağış başlayır. Məcbur olub otelə dönürəm. Onsuz da səhərin açılmasına çox da qalmayıb.Otağın işığını yandırıb televizorun düyməsini basıram. Yox, bütün bu gördüklərimdən sonra televizordamaraqlı nə isə görəcəyimə inanmıram. Amma bəxt üzümə gülür. Televiziyada Naxçıvanlabağlı veriliş verilir. Söhbət bu torpaqdakı abidələrdən, adət-ənənələrdən gedir.Elə həmin məqamda xatırlayıram ki, Naxçıvanda «Qızlar bulağı» var. Heç oranı görməmişəm.Mütləq səhər-səhər ora baş çəkməliyəm. Bu fikirlə pəncərəni açıram. Otağa dolanhava yatmaq fikrimi bütünlüklə başımdan çıxarır…


Kağız-qələmgötürürəm və içimdə baş qaldıran duyğuları misralayıram.


Baxıramdörd bir tərəf

Güldü,gülür üzümə…

Açaraqqollarını

Qaçıbgəlir üstümə –

Naxçıvandatəbiət.


Bələnirəmpaklığa

Ruhumməst olub yatır…

Yağsada bir anlığa

Yağışada rəng qatır -

Naxçıvandatəbiət.


Dostlarınçevrəsində

Təkliyimdənçıxıram…

Quşlarınnəfəsinə

Qoşurməni – axıram –

Naxçıvandatəbiət.


Saatabaxıram. Altıya az qalıb, kimdi yatan. Yenə həyətə düşürəm. Gəzə-gəzə Türkiyə səfirliyininönünə gəlib çıxıram. Oradan keçib 12 nömrəli məktəbin həyətinə çatıram. Bu aralıqda iki uşaq bağçası var. Həmin bağçadakı əyləncələr,qurulmuş avadanlıqlar və buradakı gül-çiçək özü-özlüyündə hər şeydən xəbər verir.Bu, mənim uşaqlığıma nəsib olmayan şeylərdi. Oradan keçib tarix muzeyinə, oradanNaxçıvan Televiziyasının yerləşdiyi binanın önünə, sonra «Şərq qapısı» qəzetininredaksiyasının qarşısına gəlib çıxıram. Gəzməkdən yorulmaq bilmirəm. Elə televiziyanınistiqamətində olanda təsadüfdən qəzetimizlə əməkdaşlıq edən naxçıvanlı həmkarımAdilə xanımla qarşılaşıram. İşə tələsir. Amma ayaqüstü də olsa hal-əhval tuturuq.Gəlişimi xəbər vermədiyimi mənə irad tutur. Olsun! Təki dostların, tanışların iradıqəfil gəlişlər olsun. Özü də xoşməramlı gəlişlər. Yenə yağış başlayır. Budəfəkidamlalar mənə Arpaçayda bizi islatmağa çalışan yağışı xatırladır. Yağışın altındancanımı qurtarmaq üçün «Gənclik» kafesinə daxil oluram. Deyəsən ilk müştəri mənəm.Dərhal yaxınlaşırlar, arzumu, istəyimi soruşurlar. Təbii ki, indi ən çox istədiyimisti bir çaydı…


TƏQVİM / ARXİV