FİFA dünya çempionatından nə qədər qazanacaq?
FİFA Rusiyada keçiriləcək dünya çempionatından 6.1 milyard dollar gəlir götürəcək.
Qol.az-ın The New York Times" nəşrinə istinadən yaydığı xəbərə görə, bu məbləğ 2014-cü ildə keçirilən mundialın qazancından 1.3 milyard dollar çoxdur.
Yayım hüquqlarından əldə olunan vəsait isə 2 faiz artıb. Həmçinin, FİFA sponsorluq müqavilələrindən gözləniləndən 200 milyon dollar çox gəlir əldə edəcək.
Bu, Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi nəticəsində mümkün olub. Yarışa sponsorluq edən 20 şirkətdən 7-si Çini təmsil edir. 2014-cü ildəki mundialda isə Çindən yalnız bir şirkət var idi.