adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
13 Iyun 2018 12:33
14565
SİYASƏT
A- A+

Türkiyədə seçkilərlə bağlı xüsusi qadağalar tətbiq ediləcək

Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar iyunun 14-dən müəyyən qadağalar tətbiq ediləcək.

Adalet.az "Hürriyet” qəzetinə istinadən xəbər verir ki, qanunla seçki gününə 10 gün qalmış xüsusi qaydalar tətbiq edilir.

Bu xüsusi qaydalar səsvermə günündən 10 gün əvvəl başlayır və səsvermə gününə bir gün qalmış saat 18-də sona çatır.

Beləliklə bu vaxt ərzində seçkilərdə iştirak edəcək bütün namizədlər mətbuatda elan və reklam, internet vasitəsi ilə video və yazılı müraciətlər edə biləcəklər.

Vətəndaşların elektron poçt ünvanlarına, sabit və ya mobil telefonlara bu mövzuda səsli, görüntülü və ya yazılı mesajlar göndərilməsi qadağan olacaq.

Bu vaxt ərzində hər hansı bir media vasitəsilə və ya anket, telefon və s kimi vasitələrlə sorğular keçirmək, yayımlamaq, təxminlər vermək və bu kimi vətəndaşın səsinə təsir edəcək hər hansı bir üsuldan istifadə qadağan ediləcək.

Bu müddətdən ərzində dövlət işçilərinə (nazirlər, prezident, millət vəkili və s) verilmiş xidməti nəqliyyat vasitələri ilə təbliğat aparmaq və təbliğat məqsədli görüşlər üçün istifadə etmək qadağan edilir.

Eyni zamanda dövlət və dövlət büdcəli müəssisələrdə təbliğat məqsədli nitq söylənməsi, məclislər keçirilməsi və s bu məqsədli tədbirlər qadağan olunur.

Nazir, baş nazir, millət vəkilləri və prezident namizədlərinin təbliğat xarakterli yürüşlərində heç bir məmurun qatılmasına icazə verilməyəcək.(modern.az)