adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Fevral 2020 12:45
43838
MARAQLI
A- A+

İndi görün ki, şanslısınız, yoxsa şanssız...

Çox istədiyiniz nəyisə almağa gedəndə qalmadığını görüncə, sevdiyiniz bir əşyanı itirəndə və yaxud da hər hansısa bir şeyi qazana bilməyəndə özünüzü ən şanssız insan kimi hiss edirsinizsə, indiyə kimi yaşayan 8 şanssız insan haqqında oxuduqlarınız fikrinizi dəyişəcək.





Ann Hodges


30 noyabr 1954 –cü il evində oturduğu yerdə evinə meteroit düşdü. Meteroitdən yaralanmış tək adamdır. Belə bir hadisənin baş verməsi ehtimalı milyardda birdir.


Tsutomu Yamaquçi


Xirosimanın 6 avqust 1945-də atom bombası ilə vurulduğu ərəfədə Tsutomu işinin başında idi. Bədənindəki xırda cızıqlarla vətəni Naqasakiyə qayıtmağa qərar verdi. Amma işləməyə başladığı gün Amerika Naqasakiyə təkrar bomba zərbəsi endirdi.


Violet Cessop


Həyatını dənizə və okeana həsr edən 1887-ci ildə doğulan Cessop gəmilərdə xidmətçi və tibb bacısı kimi işləyib. Ancaq həyatının qəribəliyi bunda deyil. Titanik gəmisi də daxil olmaqla 3 gəmi qəzasından sağ çıxmağı bacarmışdı. 3 gəmi qəzasından qurtulduğu üçün şanslıdır, yoxsa olduğu gəmilərin qəzaya uğramasımı?



Ceson və Cerri Lavrense 


Bu İngilis cütlük Nyu-Yorka gəzməyə gedir. Amma orada olduqları tarix şanssız idi. 11 sentyabr hadisəsini yaşayan cütlük üçün təhlükə sovuşdumu? Xeyr. Cütlük 2005-ci ildə Londona gəzməyə gedir. Bu dəfə də Londonda basqına uğradılar. Amma bununla da qurtarmadı. 2008-ci ildə Mumbaiyə getdilər. 26 noyabr 2008-ci ildə həyata keçən terror, təxminən 160 adamın ölümü ilə nəticələndi və Hindistan tarixinin ən böyük terror hadisəsinə çevrildi. Və yenə bu cütlük orada idi.



Freyn Selak


1962-ci ilin yanvarında qatarla Saraybosnadan Dubrovikə getdi. Qatar buz parçasına çırpıldı və Freyndən başqa 17 sərnişin öldü. O birisi il təyyarə ilə yol çıxdı və birdən-birə təyyarənin qapısı qopdu. Bu qəza nəticəsində 19 adam öldü. Freyn isə sadəcə kiçik yaralarla qurtuldu. 1966-cı ildə yenə bir avtobus qəzasından sağ çıxdı. 1970-ci ildə isə öz maşınında çıxan yanğından sağ qurtuldu.


Roy Sullivan


1942-1977-ci illər arası onu 7 dəfə ildırım vurub.



Kostis Mitsotakis


2012-ci il İspaniyada 250 adamdan ibarət kiçik bir kənddə yaşayanlar ortaq lotoreya oynamağa qərar verdilər. Kostis lotoreyaya qatılmadı. Kəndlilərin oynadığı lotoreya biletinə 950 milyon dollar dəyərində mükafat çıxdı. Hamıya 130 min dollar düşdü, bircə Kostisdən başqa...


Cenne Rocers


O, indiyə kimi yaşayan ən şanssız insanlardan biridir. Bir gəmidən suya düşdü, ildırım vurdu, əri tərəfindən ölənə kimi döyüldü, xuliqanlar tərəfindən basqına uğradı. Ondan qəza nəticəsində baş verən ölümlərdən qorxub-qorxmadığı soruşulanda belə cavab verdi: "Ölmək məni qorxutmaz, ancaq yaşadığım dünyada məni qorxudan şeylər var”.