adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Iyun 2018 12:23
9480
GÜNDƏM
A- A+

Gömrük qanunvericiliyi təkmilləşdirilir

Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək.

Bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda keçirilən seminarda deyib. Şöbə rəisi bildirib ki, Dövlət Gömrük Komitəsi gömrük qanunvericiliyinə yeni düzəlişlər üzərində işləyir.

"Təkliflər hələlik müzakirə mərhələsindədir. Təkliflərin sistemləşdirilməsindən sonra baxılması üçün gömrük rəhbərliyinə göndəriləcək”, - deyə S.Muxtarov qeyd edib.

Komitə rəsmisi əlavə edib ki, qanunvericiliyin təkmilləşdirilməsi gömrük sənədləşməsində sənədlərin azalmasına səbəb olacaq: "Bundan başqa, gömrük prosedurlarının və gömrükdən keçid vaxtının azalmasına və sadələşdirilməsinə səbəb olacaq".