ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

700 bal toplayan abituriyent UNEC-də

8001    |   2018-06-13 12:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Ulduz” Hazırlıq Mərkəzinin qəbul imtahanlarında II ixtisas qrupu üzrə ən yüksək bal toplayan abituriyentləri "UNEC-də bir gün” layihəsində iştirak ediblər.

UNEC-dən Adalet.az-a verilən məlumata görə, II ixtisas qrupu üzrə 700 bal toplayan Jalə Rəcəbova da layihə çərçivəsində UNEC-in bir günlük tələbəsi olub.

Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Anar Rzayev bir günlük tələbələrə UNEC-in beynəlxalq əlaqələri, tədris proqramları və ixtisaslarından söz açıb. Son iki ildə II ixtisas qrupu üzrə ən yüksək bal toplayan abituriyentlərin məhz UNEC-də təhsil aldığını diqqətə çatdıran A.Rzayev bir günlük tələbələri maraqlandıran sualları cavablandırıb.

UNEC-in rektorunun köməkçisi, gənc müəllim Ramil Cabbarov bir günlük tələbələr qarşısında universitet barədə geniş təqdimatla çıxış edib. UNEC-in ölkədə 4 dildə təhsil verən yeganə ali təhsil ocağı olduğunu bildirən R.Cabbarov bu universitetin həyata keçirdiyi yeniliklərdən bəhs edib.

Ötən ilki qəbul imtahanlarında 700 bal toplayaraq Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olan I kurs tələbəsi Cavad Əliyev UNEC tələbəsi olmağın üstünlüklərindən danışıb. O, tələbələr üçün inanılmaz fürsət adlandırdığı UDİD, xüsusi təqaüd və Avropanın nüfuzlu universitetləri ilə reallaşdırılan ikili diplom proqramlarının yalnız UNEC-də tətbiq edildiyinə diqqət çəkib. "Ötən ilin bu günü universitet seçimi qarşısındaydım, bu gün isə artıq tələbəyəm” deyən C.Əliyev UNEC-i seçməyini həyatındakı ən doğru qərarlarından biri hesab etdiyini bildirib.

Bir günlük tələbələr UNEC ərazisində infoturda olub, imtahanların gedişini izləyiblər. Görüşdə onları maraqlandıran sualları cavablandırılıb.

II ixtisas qrupu üzrə təhsil almaq istəyən abituriyentlər "UNEC-də bir gün” layihəsində iştirak etmək üçün 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmiFacebooksəhifəsi ilə əlaqə saxlaya bilərlər.




İmza:
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK