adalet.az header logo
  • Bakı 6°C
13 Iyun 2018 11:56
25702
MƏMLƏKƏT
A- A+

Ramil Usubovdan əmr: Polis gücləndirilmiş iş rejiminə keçir

Ramazan bayramı ilə əlaqədar Azərbaycan polisi gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Nazirin əmri ilə polis iyunun 15-dən 20-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Bayram günlərində ictimai yerlərdə və insanların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Ramazan bayramı günləri ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı da artırılacaq.