Rusiyadan gətirilən buğdada təhlükə aşkarlandı
Rusiyadan Azərbaycana idxal olunan ərzaqlıq buğda məhsulunda karantin tətbiq edilən alaq bitkisinin toxumları aşkar edilib.
Kənd Təsərrüfatı Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri Rusiyadan idxal edilən ümumi çəkisi 1636.02 ton olan ərzaqlıq buğda məhsuluna baxış keçiriblər.
Baxış zamanı məhsuldan götürülmüş nümunələr ekspertiza üçün Respublika Karantin Ekspertiza Mərkəzinin Herbologiya laboratoriyasına təqdim olunub. Laboratoriyada həyata keçirilən ekspertiza zamanı məhsulda karantin tətbiq edilən alaq bitkisi - sürünən kəkrə (Acroptilon repens (L.) DC) toxumları aşkar olunub.
Sirayətlənmiş buğda məhsulunun xüsusi aqreqatlar vasitəsilə təmizlənməsi, ayrılmış çıxarın alaq toxumları ilə birlikdə yandırılması nəzərdə tutulub. Fitosanitar tədbirlər sistemi həyata keçirildikdən və məhsul alaq toxumlarından tam təmizləndikdən sonra təyinatı üzrə istifadəsinə icazə veriləcək.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16