adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Iyun 2018 11:31
10870
İDMAN
A- A+

Şeydayevin transferinin yubanma səbəbi bilindi

Millimizin futbolçusu Ramil Şeydayevin Avstriyanın "Mattersburq” klubuna keçidinin ləngimə səbəbi müəyyənləşib.

Qol.az-ın yerli mətbuata istinadən məlumatına görə, Avstriya təmsilçisi 21 yaşlı hücumçunun transfer vərəqəsini gözləyir. Müqavilə ilə "Trabzonspor”a məxsus olan R.Şeydayevin transfer vərəqəsi göndərildikdən sonra Şeydayev rəsmən "Mattersburq”un oyunçusu olacaq. Avstriya mətbuatı bunun zaman məsələsi olduğunu yazıb.

Qeyd edək ki, R.Şeydayev ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.