adalet.az header logo
  • Bakı 11°C
13 Iyun 2018 11:14
22887
MƏMLƏKƏT
A- A+

Azərbaycan hərbi parada HAZIRLAŞIR - Təyyarə və helikopterlər havaya qalxdı

Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradının məşqləri keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri uçuşlar keçirir.

Qeyd edək ki, parad Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 iliyi münasibətilə iyunun 26-da Bakının "Azadlıq" meydanında keçiriləcək.