Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Azərbaycan müdafiə xərclərini artırır Adalet.az | Azərbaycan müdafiə xərclərini artırır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycan müdafiə xərclərini artırır

16538    |   2018-06-13 10:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda 2018-ci il dövlət büdcəsində müdafiə xərcləri üçün ayrılan vəsaitin məbləği artırılır.

Adalet.az-ın məlumatına görə, 2018-ci ilin dövlət büdcəsində ümumilikdə müdafiə xərcləri üçün vəsait 2.739 milyard manatdan 2.905 milyard manata qədər artırılıb.

Bu məbləğdən müdafiə qüvvələri üçün nəzərdə tutulan vəsait 1.366 milyard manatdan 1.384 milyard manata, milli təhlükəsizlik üçün 111.658 milyon manatdan 130.358 milyon manata qaldırılıb. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 2.663 milyon manat olaraq qalıb, digər kateqoriyalara aid edilməyən xərclərə sərf ediləcək vəsait isə 1.258 milyard manatdan 1.388 milyard manata qaldırılıb.

Dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin iyunun 28-29-da keçirilməsi nəzərdə tutulan növbədənkənar iclaslarında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, ümumilikdə 2018-ci il dövlət büdcəsində bütün istiqamətlər üzrə xərclər artırılır. Bu artım dünya bazarında neftin qiymətinin artması ilə əlaqədardır. Belə ki, 2018-ci il dövlət büdcəsində neftin bir barelinin baza qiyməti 45 dollar müəyyən olunmuşdu, lakin dünya bazarında neftin qiymətinin artması ilə əlaqədər dövlət büdcəsində neftin bir barelinin baza qiyməti 55 dollar olaraq müəyyənləşdirilir.




İmza:
SON XƏBƏRLƏR
2019-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK