adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Iyun 2018 18:00
17338
DÜNYA
A- A+

Türkiyədən İrana birgə müharibə təklifi - KİMƏ qarşı?

Türkiyə İrana PKK terror təşkilatı ilə mübarizə məqsədilə birgə hərbi əməliyyatlara başlamağı təklif edib.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir bildirib ki, İran PKK ilə mübarizəyə müsbət yanaşsa da, tərəflər hələ də bu terror təşkilatına qarşı birgə fəaliyyət haqqında razılığa gəlməyiblər.

Bundan əvvəl Türkiyə mətbuatı İran və Türkiyənin İraqın şimalında PKK-ya qarşı birgə əməliyyata başlayacağını yazmışdı.